Etimad, İndoneziya və Azərbaycanın gələcək tərəfdaşlığının ruhu olmalıdır - + FOTO=47 (Rüstəm Fərman - AZpress.AZ)

“Etimad, İndoneziya və Azərbaycanın gələcək tərəfdaşlığının ruhu olmalıdır” + FOTO=47 (Rüstəm Fərman - AZpress.AZ)

İndoneziyanın Milli bayramı – müstəqilliyinin 74-cü ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

AZpress.AZ xəbər verir ki, səfir Husnan Bey Fanani çıxışında ölkəsinin keçdiyi tarixi yoldan danışıb. Səfir deyib ki, son 20 il ərzində Ümumi daxili məhsulun artımı İndoneziyanı dünya iqtisadiyyatının elitaları arasında yerləşdirib, ölkəsi İndoneziya G-20-nin üzvüdür: “İndoneziya, həmçinin ASEAN iqtisadiyyatına təxminən 40 faiz qatqı təmin etməklə ən böyük iqtisadi gücə malikdir. Dördə bir milyard insan İndoneziyanı nəhəng və perspektivli bir bazar halına çevirib və onların bir çoxu İndoneziyanın insan resursları keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş səyləri sayəsində yüksək ixtisaslı və təhsilli şəxslərdir”. Diplomat deyib ki, ölkə Konstitusiyasında qeyd olunduğu kimi, bölgədə və onun xaricində sülh və sabitlik İndoneziyanın əsas prioritetidir və onlar bunu həyata keçirmək və qorumaq üçün daim böyük rol oynamağa can atır.

Ölkələrimiz arasındakı əlaqələrə toxunan H.BFanani bu il İndoneziya və Azərbaycan arasında diplomatik əlaqələrin 27 ili tamam olduğunu xatırladaraq, qeyd edib ki, 27 illik ikitərəfli münasibətlər zamanla sınanmış və daha da inkişaf etməkdədir. Ölkələrimiz arasındakı xalqlararası əlaqələrin uzun tarixi var. Hər keçən il ərzində əlaqələr daha da güclənir və son iki onillik ərzində misli görünməyən uğurlarla nəticələnən münasibətlər möhkəmlənib. Bu əlaqələr yüksək xətlə inkişaf edir və hər iki ölkənin rəhbərliyi münasibətlərin daha da inkişaf etməsinə səy göstərir: “Ötən il İndoneziyanın Nümayəndələr Palatasının vitse-spikerinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edərək, iqtisadi, mədəni və xalqlararası münasibətlərin möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə Daxili İşlər naziri və Azərbaycan Respublikasının Milli Məclisinin birinci vitse-spikeri ilə görüşüb”. Səfir onu da vurğulayıb ki, Azərbaycan daima dini tolerantlıq, qarşılıqlı hörmət, dinlərarası dialoq və multikultural həyat tərzi kimi gözəl ənənələri ilə İndoneziyanı valeh edir. İndoneziya yeni impuls yaradacaq, ümid və imkanlar formalaşdıracaq, ikitərəfli, regional və qlobal səviyyələrdə İndoneziya və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi üçün qapı açacaq yeni və yüksək platformalar üçün tərəfdaşlıq məqsədilə işləməyə hazırdır: “İndoneziya Azərbaycanla birgə ümumi problemlərin həllinə hazırdır. Beləki, İndoneziya və Azərbaycanın terrorizm və zorakı ekstremizmin artması təhlükəsinin qarşısının alınmasında birgə dayanmaları dünyaya ciddi ismarıc olacaq. Ən böyük müsəlman əhalisi olan ölkə kimi, İndoneziya mötədilliyin səsi ilə danışır. Etimad, İndoneziya və Azərbaycanın gələcək tərəfdaşlığının ruhu olmalıdır. Əldə etdiyimiz uğurlara görə İndoneziya Hökuməti və xalqı Azərbaycan rəhbərlərinə və xalqına, həmçinin qiymətli münasibətlərimizin inkişafına səmimi şəkildə öz töhfə və yardımını göstərən hər kəsə ürəkdən təşəkkür edir”.

Azərbaycan hökuməti adından İndoneziya xalqını bayram münasibəti ilə təbrik edən Kənd Təsərrüfatı naziri İnam Kərimov da son 27 il ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı əməkdaşlığın daha da genişlənməsi üçün güclü potensialın mövcud olduğunu və Azərbaycanın bu potensialdan isifadə etmək istədiyini bildirib. Nazir ölkələrimiz arasında hüquq-mühafizə sahəsində 10-dan artıq sənəd imzalandığını və daha 20-dən artıq sənədin yaxın zamanlarda imzalanacağını qeyd edib. İ.Kərimov onu da əlavə edib ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !