Çin dünyanın 130-dan çox ölkəsinin ticarət tərəfdaşıdır - +FOTO=42 ( Rüstəm Fərman - AZpress.AZ)

“Çin dünyanın 130-dan çox ölkəsinin ticarət tərəfdaşıdır” +FOTO=42 ( Rüstəm Fərman - AZpress.AZ)

Çin Xalq Respublikasının (ÇXR) milli bayramı - müstəqilliyinin yaradılmasının 70-ci ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

AZpress.AZ xəbər verir ki, səfir xanım Qo Min çıxışında edərək ÇXR-nın 70 ildə keçdiyi inkişaf yolundan, bir çox sahələrdə əldə etdiyi uğurlardan danışıb. Xanım Min deyib ki, Çin bu gün dünyanın 2-ci böyük iqtisadiyyatı, dünyanın ən böyük ticarət ixracatçısı, 2-ci ən böyük idxalçı ölkəsidir. Onun sözlərinə görə, Çin hakimiyyəti ölkənin modernləşməsi üçün bütün səylərini göstərir: “Hazırda Çin dünyanın 130-dan çox ölkəsinin ticarət tərəfdaşıdır və ölkələrimiz üçün geniş imkanlar açan “Bir kəmər, bir yol” nəqliyyat-logistika layihəsinin təşəbbüskarıdır”. Diplomat əlavəe dib ki, ölkəsi BMT Nizamnaməsinin bütün şərtlərini yerinə yetirir və Çin eyni zamanda, dünyada sülhməramlı missiyaya böyük töhfə verir.

Azərbaycanla əlaqələrə toxunan Qo Min deyib ki, iki xalq arasında əlaqələr qədim tarixə malikdir və iki min il əvvəl tacirlər xalqlarımız arasında əlaqələrin təməlini qoyub. Xanım Min deyib ki, 27 il əvvəl Azərbaycan ilə Çin arasında müasir diplomatik münasibətlər yaradılıb və iki ölkə arasındakı münasibətlər əməkdaşlığın nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprelində Çinə səfərini xatırladan Qo Min bu xəfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb: “Ölkələrimiz arasında Çinin münasibətlər dostluq, sağlam təməl üzərində qurulub. Biz Azərbaycanı yaxın dost, etibarlı tərəfdaş olaraq qəbul edirik”.

Azərvaycan hökuməti adından Çin xalqını bayram münasibəti ilə təbrik edən Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, qədim tarixi olan Çin bu gün dünyada böyük nüfuza malikdir. O, deyib ki, hər iki ölkənin hakim partiyaları arasında sıx əlaqələr mövcuddur və bu əlaqələrin möhkəmlənməsində parlamentlərin də rolu var. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !