Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olundu - +FOTO=27 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olundu +FOTO=27 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 1 oktyabr – Prokuror işçilərinin peşə bayramı
münasibəti ilə Ağcabədi rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Ilk öncə prokurorluq
sahəsində çalışanlar Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin
möhtəşəm abidəsi önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad
etmişlər. Daha sonra tədbir İcra Hakimiyyətinin iclas zalında davam etmişdir. Tədbirdə Ağcabədi
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov rayon prokrorluğunun əməkdaşlarını
prokurorluq orqanlarının yaranmasının 101 illiyi münasibəti ilə təbrik edərək onlara çətin, məsuliyyətli
və şərəfli peşələrində uğurlar arzu edərək cinayətkarlıqla mübarizə sahəsinə prokrorluq orqanlarının
xüsusi rolundan danışdı. Natiq Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixdə Azərbaycan Xalq
Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin
tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni
Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə
imzaladığı sərəncam bu əvəzolunmaz şəxsiyyətin Azərbaycan dövlətinin bütün sahələrinə necə
diqqət və qayğı ilə yanaşdığını bizlərə göstərdiyini vurğuladı.
   Daha sonra rayon prokroru Salman Səmədov çıxış edərək bildirmişdir ki, Müstəqil Azərbaycan
dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən
sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə
Palatası haqqında Əsasnamə» təsdiq edilib.Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan
hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq
qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu
keçmişdir.Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi
əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına
xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır.
   Tədbirdə  prokurorluq orqanının işçilərini təbrik edən digər natiqlər prokurorluq orqanlarının
qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə,
qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyini vurğulayıb ,onlara bu şərəfli
işlərində uğurlar arzuladılar.
    Tədbirin sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən
rayon  prokurorluğunun  əməkdaşlarına fəxri fərman təqdim olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !