Gəlini üçün gəlinlik seçən qayınana mağazada öldü ... -

Gəlini üçün gəlinlik seçən qayınana mağazada öldü ...

Mingəçevirdə ölüm hadisəsi baş verib. Oğlunun toyu üçün gəlinlik paltarı seçən 42 yaşlı qadın elə orada dünyasını dəyişib.

AZpress.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin ticarət mərkəzlərinin birindəki gəlinlik mağazasında qeydə alınıb.

Belə ki, oğlunun toyuna hazırlaşan 1977-ci il təvəllüdlü Zamanova Hafizə Əhliyat qızı gələcək gəlininə gəlinlik libası seçmək üçün mağazaya gəlib. Qəfildən halı pisləşən qadın huşunu itirib. Hadisə yerinə cəlb olunan həkim briqadasının bütün səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində keçinib.

Qeyd edək ki, dünyasını dəyişən qadın məcburi köçkündür və müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıbmış. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !