Bədii Şuranın növbəti iclası: yeniliklər müzakirə edildi - + FOTO=24 ( Rüstəm Fərman - AZpress.AZ) +VİDEO

Bədii Şuranın növbəti iclası: yeniliklər müzakirə edildi + FOTO=24 ( Rüstəm Fərman - AZpress.AZ) +VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

“Azərbaycan Televiziyası tam rebrendinq olunub, kanalın bütün qrafik göstəriciləri yenilənib. “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi və “Sabah” studiyasının fəaliyyəti bərpa olunub. 17 yeni studiya tikilib, 3 studiya üzərində iş gedir”.

Bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qurumun nəzdində yaradılan Bədii Şuranın növbəti iclası zamanı səsləndirib.

R.Məmmədov 8 ay ərzində icra edilən işlərdən söz açıb. Qeyd olunub ki, yeni mövsumdə “Məlahətli qonaqlar”, “Analar akademiyası”, “Çıxışa doğru”, “İstehlakçı seçimi”, “Biznes klub”, “Bir AzTV” və digər veriliş təqdim olunub.

Bundan başqa, Azərbaycan Televiziyasında son aylarda canlı efir saatının müddəti artırılıb.

Bədii Şura üzvləri hər üç kanalda nümayiş olunan müxtəlif mövzulu proqramların keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparıblar, təkliflərini və iradlarını bildiriblər.

 

Foto-müxbir: Rüstəm İsmayılov: +99 451 520 22 00 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !