Gənc yazarlardan təklif: "Vurğun Əyyubun adı əbədiləşdirilsin" -

Gənc yazarlardan təklif: "Vurğun Əyyubun adı əbədiləşdirilsin"

Bu günlərdə vəfat edən ədəbiyyatşünas alim, ictimai-siyasi xadim Vurğun Əyyubla bağlı gənc yazarlar təklif irəli sürüb.

Yarpaq.az-ın verdiyi xəbərə görə, sözügedən təklifdə Vurğun Əyyubun Azərbaycan xalqının ictimai-siyasi, elmi-mədəni həyatındakı səyləri və xidmətləri müqabilində onun adının əbədiləşdirilməsindən söz açılır.

AYB üzvü, Prezident təqaüdçüsü, şair Tural Turan: "Təklif edirəm ki, milli- azadlıq hərəkatındakı xidmətlərinə görə Vurğun Əyyubun adına küçə və ya prospekt verilsin."

Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu isə Vurğun Əyyubun nəyinki milli- azadlıq hərakatındakı fəaliyyətini, eləcə də xalqın təhsil həyatındakı töhfələrini vurğulayaraq təklifini irəli sürüb: "Hesab edirəm ki, milli- azadlıq hərakatındakı xidmətlərinə görə, hətta Azərbaycan təhsilindəki əvəzsiz addımları qarşısında Vurğun Əyyubun adı əbədiləşdirilsin.

O mənada ki, doğulduğu Tovuz rayonunda və Bakı şəhərində adına küçə verilsin. Eyni zamanda, yaşadığı binaya barelyefi vurulsun. Hətta düşünürəm ki, ali təhsil müəssisələrinin biri rəsmi olaraq Vurğun Əyyubun adı ilə adlandırılsın.

Bu məqamda hesab edirəm ki, həmin ali təhsil müəssisəsi özəl olmasına baxmayaraq, onun ömrünün sonuna qədər çalışdığı Xəzər Universiteti də ola bilər." 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !