Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir - + FOTO=3

Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarlar davam edir + FOTO=3

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata
keçirdiyi “Bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi üçün seminarların
keçirilməsi” adlı layihəsi davam edir.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihənin əsas məqsədi
Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə bağlı qadınların passiv seçki hüququ
barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirmək üçün seminarların
keçirilməsindən ibarətdir.
Layihə 3 ay müddətində - avqust, sentyabr, oktyabr aylarında Xaçmaz rayonunda həyata
keçiriləcəkdir.
İlk əvvəl regionda passiv seçki hüququndan istifadə etmək istəyən qadınlar layihəyə cəlb
olunmuşlar. Layihəyə cəlb olunmuş iştirakçılar Azərbaycanda bələdiyyə institutunun strukturu,
proqramları, iqtisadi əsasları, bələdiyyələrin daxilində həyata keçirilən prosedurlar haqqında
məlumatlandırılmışlar. Regionda passiv seçki hüququndan istifadə edəcək qadınlara aşağıdakı
maarifləndirirci mövzular keçirilmışdir:
- bələdiyyə seçkilərin prosedurası;
- seçki kampaniyasının effektiv təşkili;
- bələdiyyə institutu;
- qadınların bələdiyyə orqanlarında təmsil olunmasının əhəmiyyəti
Bundan əlavə qadınlar üçün maarifləndirici vəsaitlər, paylama materialları da çap edilib
paylanılmışdır.
Qeyd edək ki, ümümilikdə 8 seminar keçiriləcək. 20 nəfər iştirakçıdan ibarət olacaq seminarlara
160 qadın qatılacaq.
Layihədən bəhrələnənlər maarifçiliklə məşğul olmaq təcrübəsi qazanaraq, icma qrupları yaradıb,
işlərini davam etdirmək imkanına malik olacaqlar. Beləliklə, onlar hətta öz aralarında şəbəkə
quraraq, geniş bir kompaniyanın iştirakçısı olacaqlar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !