Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş Əbədi dostluq adlı tədbir keçirilib - + FOTO=13

Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əbədi dostluq” adlı tədbir keçirilib + FOTO=13

Özbəkistanın Namanqan şəhərində Mədəniyyət Mərkəzində Azərbaycan-
Özbəkistan dostluğuna həsr olunmuş “Əbədi dostluq” adlı tədbir keçirilib.
Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar
İttifaqının Namanqan şöbəsi, “Kitab dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Əbədi dostluq” adlı tədbir keçirilib.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyəti Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhər
hakimiyyətinin, ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət
gösrsədən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Tədbiri Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimov açaraq dili,
mədəniyyəti, adət və ənənələri, dini eyni olan Azərbaycan və Özbək xalqlarının tarix boyu
dostluğu və əməkdaşlığından danışmış, bu əlaqələrin müstəqillik dövründə strateji
partnyorluq səviyyəsinə yüksəldiyini bildirib. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın
regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi,
qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və
ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb.
Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının tərcümə
bölməsinin rəhbəri, tanınmış Namanqanlı Adxambek Alimbekov Azərbaycanla ədəbi
əlaqələrin daim prioritet olduğunu, şairlərimizin daim bir-birindən ilham aldığını və böyük
əsərlər yaratdığını qeyd etmiş, müstəqillik dövründə də Azərbaycanla ədəbi əlaqələrin
yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, Özbəkistan bütün beynəlxalq platformalarda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı
mövqeyinin müdafiə etdiyini söyləyib. Artıq Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümə
əsərlərinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə Özbək dilinə tərcümə edildiyi və Daşkənddə çap edildiyini söyləyən alim
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın fəaliyyəti haqqında söhbət açıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir
Abbasov Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlıların fəaliyyətinə nəzər
salıb, azərbaycanlıların daim Özbəkistanın çiçəklənməsi üçün çalışdıqlarını qeyd edib.
Diplomat iki ölkənin regionları, onların təhsil, mədəniyyət müəssisələri arasında
əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müəllim, tələbə və
mütəxəssislərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O,
dostluq əlaqələrinin genişləndirilməsində millət vəkilləri, şair və yazıçıların, ictimaiyyət
nümayəndələrinin böyük rolu olduğunu söyləyib.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Azərbaycan dövlətinin, ölkə
başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu
dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət
Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk
Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək
əməkdaşlıqda bu amilin yeni imkamlar yaradacağını söyləyib. Millət vəkili əlaqələrin daha
da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi,

qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda Özbək
dilində şeirlər kitabının nəşr olunduğundan məmnunluq hissi keçirdiyini deyib.
Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm
Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər
sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında
dostluğa, ədəbi əlaqələrə töhvə verdiklərini bildirib. Naşir qədimdən şair və yazıçılarımızın
dostluğundan da söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bu
münasibətlərə bir örnək olduğunu diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı
“Hədəf” liseyinin direktoru Şamil Əliyev ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və
yazıçılar arasında əməkdaşlığın genişləndirməsi, əməkdaşlığın inkişafına dair fikirlərini
bölüşüblər.
Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Qənirə Paşayevanın
Özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilmiş, onun sözlərinə
bəstələnmiş mahnılar səsləndirilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !