Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək -

Regionlarda gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək göstəriləcək

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun
maliyyə dəstəyi ilə “Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək ” layihəsinə
başlanılmışdır.
Layihənin əsas məqsədi regionlarda gənc qızların peşələrə olan maraqlarına, qabiliyyətlərinə, psixi
və fiziki imkanlarına, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq, onların peşə-
ixtisas seçiminə kömək etməkdir.
Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində -
sentyabr, oktyabr və noyabr aylarında Quba, Xaçmaz və Şabran rayonlarında həyata
keçiriləcəkdir. Ümumilikdə 7 təlimi əhatə edəcək layihəyə 280 nəfər 15-29 yaşları əhatə edən
gənc qızlar cəlb olunacaqlar.
Təlimlərdə rəsmi strukturların nümayəndələri ilə yanaşı yerli fəal qadınlar, o cümlədən aktiv
gənclər, QHT nümayəndələri iştirak edəcəklər.
Təlimlərin mövzusu:
Peşəseçimində özünütanıma faktoru;
Peşələr və xüsusiyyətləri;
Peşəyönümünü müəyyənləşdirmək üçün psixoloji testlər;
Gələcəyin peşələri;
Düzgün peşəseçiminə təsir edən amillər;
Peşə seçərkən nəyə diqqət yetirməli;
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert
qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir.
Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin
layihədən sonra da davam etdirilməsi təmin ediləcək.
Qeyd edək ki, bu layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !