Abşeron Bolqar rəssamlarının gözü ilə adlı interaktiv festivalın yekun sərgisi keçirilmişdir - +FOTO=32 ( Rüstəm Fərman - AZpress.AZ)

“Abşeron Bolqar rəssamlarının gözü ilə” adlı interaktiv festivalın yekun sərgisi keçirilmişdir +FOTO=32 ( Rüstəm Fərman - AZpress.AZ)

29 sentyabr 2019 tarixində Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı ilə «ARİF AZİZ ART HOUSE» sənət evində “Abşeron. Bolqar rəssamlarının gözü ilə” adlı interaktiv festivalın yekun sərgisi keçirilmişdir. Bir həftə ərzində Bolqarıstanın məhşur rəssamlar ailəsi Panevlər özünəməxsus bədii tərzdə Abşeron mənzərələrini yaradıblar. Sərgidə Bakıda yaradılan işlərlə yanaşı Panevlərin 30 yaxın əsəri nümayış edilib. Lahiyə çərçivəsidə sentyabrın 24-dü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi baş tutmuşdur. Öz əsərlərində dörd rəssam iki nəslin bədii meyillərini, maneraları, zamanını əks edir.

Xristo Panev – müasir Bolqar rəssamı, Beynəlxalq İnnovasiyalar Cəmiyyətinin fəxri üzvü, UNESCO yanında Dünya Rəssanlıq Akademiyasının həqiqi üzvü, çoxsayılı beynəlxalq sərgi və festivalların iştrakçısı və qalibidir. Rəssam 1942-ci ildə Xaskovo bölgəsinin Krepost kəndində anadan olmuşdur, Veliko Tırnovo şəhərinin Kirill və Mefodiy Universitetinin “Grafika” fakültəsini bitirmişdir. Peşəkar fəaliyyətə 1970-ci illərdə başlayıb. Grafika, kitab illüstrasiyası, rəngkarlıq, monumantal sənət sahələrində fəaliyyət göstərir. Rəssamın fərdi manerasını ekspressiya, zəngin rəng qamması, qədim ikona və freska sənətinə müraciət xarakterizə edir.

İvaneçka Paneva – romantik təsvir tərzi ilə fərqlənən rəssamdır. Onun sevimli mövzusu – mənzərələr və xusüsu ilə doğma şəhəri, Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovanın tarixi abidələridir. Rəsssam 1946-ci ildə qeyd olunan şəhərdə anadan olub, Kirill və Mefodiy Universitetinin məzunundur, beynəlxalq sərgi və festivalların iştrakçısıdır.1998-ci ildə Çərgi Avropa İntellekti festivalının qalibi olmuşdur. 2019-cı ildə Dünya Rəssanlıq Akademiyası tərəfindən “İlin rəssamı” seçilmiçdir.

Qabriel Panev yaradıcılığında abstrakt həllərə üstünlük verən müasir Bolqar rəssamıdır. Onun daha bir ilham mənbəyi xristian simvolikasıdır və valideynlərinin bədii təcrübəsidir. Qabriel Panev 1970ci ildə Veliko Tırnovada anadan olub. Kirill və Mefodiy Universitetinin məzunudur (199. Uzun müddət Avropanın və ABŞnin fərqli bədii emalatxanalarında təcrübə alan rəssam bir sıra beynəlxalq sərgi və festivalların iştrakçısı və təşəbbüskarıdır..

Petya Paneva 1973cı ildə Bolqarıstanın Sopot şəhərində anadan olub. Abstrakt sənət, kollajlara üstünlük verir. Son illər Petya Paneva zərgarlik kolleksiyaları yaradır. Rəssamın daha bir fəaliyyət sahəsi kuratorluqdur. Petya Rusalka (Su pərisi), Gesha View Art Festival, Veliko Tırnova, Dıryanovo sənət sempoziumlarının koordinatorudur. 2013-ci ildə Petya Paneva İstambul Qadın Sənət Festivalının qalibi olmuşdur.

Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, ADMİUnun rektoru, professor Ceyran Mahmudova, Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev çıxış etdilər, festivalın Azərbaycan-Bolqarıstan mədəni əlaqələrinin inkişafında rolunu vurğuladılar. Açılış ərəfəsində Xristo Panev məhşur əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə etmişdir. Tədbirdə Xalq rəssamı, ADMİUnun professoru Arif Əzizə dünya incəsənətinin inkişafında xidmətlərinə görə UNCOPA-nın (Avropa Mədəniyyət Çəmiyyəti, İsveçrə) fəxri ordeni təqdim olunmuşdur. 

 

Foto-müxbir: Rüstəm İsmayılov: +99 451 520 22 00

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !