Velosipedçilərimizdən daha 20 lisenziya xalı - + FOTO=2 ( M. İntiqam – AZpress.AZ )

Velosipedçilərimizdən daha 20 lisenziya xalı + FOTO=2 ( M. İntiqam – AZpress.AZ )

Türkiyənin Konya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mevlana” yarışı keçirilib. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən bu 3 günlük velotura qatılan Azərbaycan yığmasının üzvləri uğurla çıxış ediblər. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə çıxış edən yığmamızın heyətində Samir Cəbrayılov, Mikayıl Səfərli, Orxan Məmmədov, Musa Mikayılzadə və Mahmud Məmmədovdan yer alıb. Maraqlıdır ki, elə həmin turnirdə daha bir velosipedçimiz – Elçin Əsədov isə Bəhreynin “VIB Sports” kontinental klubunun heyətində mübarizə aparıb. 3 mərhələnin yekununa əsasən ümumi təsnifatda velosipedçilərimizdən Samir Cəbrayılov 5-ci, Elçin Əsədov isə 7-ci yeri tutub. Nəticədə ölkəmizin aktivinə 20 reytinq xalı yazılıb. Bir məqamı da qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !