Dost maskası altında gizlənən düşmənlərinizi tanıyın! - (+FOTO=1)

Dost maskası altında gizlənən düşmənlərinizi tanıyın! (+FOTO=1)

 Bu yazıma nə ad qoymaq haqqında çox düşündüm, amma sonunda ən doğru olanını tapdım. Bəli, dost “maskası” altında gizlənən düşmənlər...
Onlar kimlərdir?

Nə qədər qəribə səslənsə də, reallıqdan qaçmaq olmur. Ona görə də gündəlik həyatda, yaşam koçluğu ilə bağlı keçirdiyim seanslarda və digər müxtəlif mövzuda olan seminarlardan şahidi olduğum təcrübələrimi sizlərlə paylaşmaq istəyirəm.

Hər birimiz ətrafımızda olan insanları dost və düşmən olaraq kateqoriyalara ayırırıq və kimin bizimçün kim olduğunu seçirik. Dostlarımızı seçmək elə də çətin deyil, bizi sevən, dərdimizə, sevincimizə şərik olan, hər anımızda yanımızda olan əziz insanlarımızı dost olaraq görürük. Düşmən dediyimiz adından da göründüyü kimi düşməndir və bu insanları tanıyırıq və onlardan uzaq dururuq. Hər bir sahədə onlarla qarşı-qarşıya gəlməməyə diqqət edirik.

Bununla yanaşı, dost bildiklərimiz və dost kimi görünən, lakin həqiqətdə isə düşmən olan maskalanmış dostlar vardır ki, bugünkü mövzumuz tam olaraq o insanlar haqqında olacaqdır.

Onları necə tanıya bilərsiniz, və özünüzü onlardan necə qoruya bilərisiniz? Bu hadqa əsas məqamları sizə bildirəcəm.

Bir qədər bəsit görünə bilər, lakin həyatınız üçün çox vacib bir məsələ olduğundan bu məsləhətləri qeydlər apararaq, həyatınızda tətbiq etməklə, özünüzü onlardan qoruya bilərsiniz.

Onu da bildirmək istəyirəm ki, indiki dövrdə gerçək dost, həqiqi dost, səmimi insan, candan yanan bacı qardaş, təmənnasız fədakar tanışlar tapmaq çox çətindir. Demək olar ki, hər yerdə, istər ailədə, istər iş həyatımızda, istər tanışlar bildiyimiz mühitdə dost görünüşlü düşmənlərlə əhatə olunmuşuq. Onlardan bəziləri özlərini bəlli edir, lakin bəziləri isə səssiz şəkildə yanınızda olaraq sizi gec-tez tələyə salır və məqsədinə nail olduqdan sonra ortadan yox olurlar.

Çalışın ki, ətrafınızda hər zaman çox gözəl və əyləncəli vaxt keçirə biləcəyiniz, varlığından hüzur tapdığınız insanları qazanın, ya da bəzilərini sizə uyğun olaraq dəyişdirin, ya da bəzilərini tamamilə həyatınızdan çıxarın. Əgər çıxarmaq istəmirsinizsə, və ya çıxarılması mümkün olmayan insanlardırsa, o zaman o insanlarla az görüşün, daha az vaxt keçirin. Şəxsi məsələlələrinizi o insanlarla qətiyyən paylaşmayın. Əgər o insanlar sizinlə uzun müddətdir dostluq edirsə, onları həyatınızdan ani şəkildə çıxarmağınız hər şeyi daha da çətinləşdirə bilər. Bunu unutmayın ki, onlarda sizin haqqınızda bildiyi və əleyhinizdə istifadə edə biləcəyi kifayət qədər məlumat var, ona görə dostluğunuzu davam etdirin, amma daha az görüşün, sadəcə ümumi, sizin üçün önəmli və şəxsi olmayan məsələləri danışın, qətiyyən şəxsi və vacib işlərinizi onlara bildirməyin, hədəflərinizi, gələcək planlarınızı, görəcəyiniz işlərinizi onlarla əsla paylaşmayın. Başqaları haqqında düşündüklərinizi də o insanlara bildirməyin. Çünki bunlardan da istifadə edib sizin əleyhinizdə istifadə edə bilərlər. Bu halda, ümid edirəm ki, həmin insanlarla məsafəli bir münasibət sizin üçün belə bir problem yaratmaz.

İndi isə sizə qısa olaraq dost görünüşlü lakin düşmən olan 5 tip insandan bəhs edəcəm. Bu insanlara qarşı həddindən artıq diqqətli olun! Ancaq o halda gündəlik həyatınızda rahat və hüzurlu ola bilərsiniz.

1-ci tip Dost görünüşlü düşmənlər. Onlar kimlərdir? Onlar daima hər mövzuda sizə aid mənfi cəhətləri axtarır, tapanda da görüb istehzalı şəkildə bunu dilə gətirib deyən insanlardır. Əminəm ki, bu hallar sizə yad gəlmədi.

2-ci tip Dost görünüşlü kimlərdir? Onlar sizinlə söhbət zamanı danışdığınız özəl və şəxsi problemlərinizdə hər zaman sizi günahkar görən insanlardır. Əminəm ki, yenə də, sizə yad gəlmir. Bir düşünün, yenə dostlarınızı gözünüzün qabağına gətirin. Və həyatınızda belə insanları özünüz ayırd edəcəksiniz.

3-cü tiplər isə sizinlə hər şeyi danışır və ya danışırmış kimi davranıb gözünüzün içinə baxaraq sizi dinləyən, sizin etibarınızı qazanan “səmimiyyət maskalı” səmimiyyətsiz "dost"lardır. Halbuki onunla paylaşdığınız hər sirriniz artıq onun yaddaşına həkk olunur. Və o bunu başqalarına danışmaq və ya gələcəkdə əleyhinizdə istifadə etmək üçün planlaşdırır.

4-cü tip insanlar isə sizinlə özünə görə lazımsız olan, lakin çox özəl kimi görünən şeylərini paylaşanlardır. Buna xüsusi diqqət etmək lazımdır ki, sizə danışdıqları professional yalanlar da ola bilər və ya sizi danışdırmaq üçün hazırlanmış yalanlar da ola bilər. Yəni bu sizin üçün hazırlanmış bir tələ və ya hiylə də ola bilər.

İndi isə 5 ci tip insanları tanıyaq. Onlar əsasən sizi yamsılayan insanlardır, hər söhbətdə özünü sizinlə müqayisə edən insanlardır. Onlar həm də, sizin müvəffəqiyyətlərinizdən narahat olub gələcəkdə ilk fürsətdə sizinlə qarşı-qarşıya gələcək insanlardır.

Bu yazını oxuduqdan sonra ətrafınızda olan hər kəsi gözünüzün qabağına gətirin, onların davranışlarını götür-qoy edin, o zaman onları daha rahat şəkildə tanıya biləcəksiniz. Özünüzü bu 5 tip insanlardan qorumağa çalışın. Hər bir halda tədbirli olun, insanlara qarşı şübhəli, güvənsiz deyil, sadəcə olaraq diqqətli olmağa çalışın.

 

Məhsəti Hüseynova

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !