Gənclər üçün bütün imkan və xidmətləri birləşdirən vahid elektron platforma yaradıldı - + FOTO=8

Gənclər üçün bütün imkan və xidmətləri birləşdirən vahid elektron platforma yaradıldı + FOTO=8

30 sentyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan
Respublikasının Gənclər Fondu tərəfindən dövlət və özəl sektor, eləcə də
beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və
layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının -
“GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib.
Məlumdur ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi
dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu siyasətin bariz nümunəsidir
ki, dövlət tərəfindən gənclərin keyfiyyətli təhsil və dayanıqlı məşğulluq ilə təmin
olunması, onların şəxsi inkişaf və asudə vaxtının səmərəli təşkili, beynəlxalq
təmsilçiliyinin artırılması, sağlamlığının mühafizəsi və milli-mənəvi dəyərlərə
bağlı vətəndaş kimi yetişmələri üçün geniş imkanlar yaradılıb.
Bu xüsusda, “GəncApp” mobil tətbiqinin məqsədi gənclər siyasəti sahəsində
həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də
mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatların
gənclərə vahid mərkəzləşdirilmiş elektron formada effektiv şəkildə çatdırılması,
eyni zamanda, gənclərə tətbiq üzərindən bu xidmətlərdən yararlanmaq imkanı
tanımaqdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar
Agentliyinin rəhbəri Tural Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi
yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar
Mərkəzinin direktoru Tağı Tağızadə müxtəlif sahələrdə dövlət tərəfindən gənclər
üçün yaradılan imkanlar barədə məlumat verib və “GəncApp” portalının bu
imkanların gənclərə çatdırılmasınını əhəmiyyətindən danışıblar.
Daha sonra “GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş
etdirilib. Tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr,
mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq
imkanı təklif edir. Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların
təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər
elanları barədə “GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə
bu imkanlardan yararlana biləcəklər.
Son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin
iştirak imkanı da tədbiqdə nəzərə alınmışdır. Belə ki, “GəncApp” könüllük
hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə
maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə
sosiallaşmaq, ictmai faydalı işlərə cəlb olunmaq və bilik və bacarıqlarını artırmaq
imkanı da təklif edir.
“GəncApp” -ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və
regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf
mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar,
olimpiya komplekslərini daha da əlçatan edir.
Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu
funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək,
həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına
sahib olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə
yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil
tətbiqin 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

“GəncApp” tətbiqinin yaradılması cənab Prezident İlham Əliyevin ölkə
gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin
növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və
vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür.

 


GəncApp – gələcəyinizi düşünən mobil tətbiq! 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !