Lənkəran teatrı Şənbə axşamı tamaşası ilə Cəlilabadda çıxış edib - +FOTO=9 (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı “Şənbə axşamı” tamaşası ilə Cəlilabadda çıxış edib +FOTO=9 (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Sentyabrın 28-də Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad
şəhərindəki Heydər Əliyev Mərkəzində Qırğızstanın Xalq yazıçısı Mar Bayciyevin
“Şənbə axşamı” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa ilə çıxış edib.
AZpress.AZ xəbər verir ki, rayonun icra strukturları, təhsil, səhiyyə, mədəniyyət
təşkilatları və yerli ictimaiyyət nümayəndələrinin böyük maraqla izlədikləri
tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov,
quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və
Sucəddin Mirzəyev, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad
Əliyev, Təranə Fərəcova ifa ediblər.
Tamaşadan sonra 70 yaşı tamam olmuş teatrın aparıcı səhnə ustası, Xalq artisti
Qabil Quliyevin ünvanına təbriklər səslənib. Lənkəran Dövlət Dram Teatrının
direktoru Tofiq Heydərov, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının
müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova
və digər natiqlər tanınmış sənətkarın Azərbaycan teatrının inkişafına verdiyi
töhfələrdən söz açıblar.
Sonda yubilyara Cəlilabad RİH başçısının Fəxri Fərmanı, həmçinin ayrı-ayrı
təşkilatlar tərəfindən xatirə hədiyyələri təqdim olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !