Gəncə hadisələri ilə bağlı daha 8 nəfərə hökm oxundu, 4 nəfər azadlığa buraxıldı -

Gəncə hadisələri ilə bağlı daha 8 nəfərə hökm oxundu, 4 nəfər azadlığa buraxıldı

 Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncədə iğtişaş törətməkdə təqsirləndirilən 8 nəfərlik dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb.

AZpress.AZ Trend-ə istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə təqsiirləndirilən Bəkrəm Əliyev 15, Həbib Qurbanov 8, Mirzə Hüseynov və Asif Cavadovun hər biri 5 il azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıblar.

İttihama görə, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. İş üzrə 80 nəfərdən artıq təqsirləndirilərək istintaqa cəlb edilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !