Fəal tələbələr ilə görüş keçirildi - + FOTO=10 ( AZpress.AZ - Vüsalə )

Fəal tələbələr ilə görüş keçirildi + FOTO=10 ( AZpress.AZ - Vüsalə )

 27 sentyabr tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin binasinda yerləşən Gənclər ve İdman idarəsində ictimai xadim, "İnsan Mühəndisliyi"nin rəhbəri Rövşən Nəcəfov Baki Humanitar Kollecinin Gənclər Təşkilatinin təşəbbüsü ilə kollecin fəal tələbələri ilə görüşmüşdür. Dərsdən çıxıb nahar etmədən görüşə gələn tələbələr baş tutacaq görüşdə nələri eşidib beyinlərində nələrin dəyişə biləcək anı səbirsizliklə gözləyirdilər. Bu çox ürək açan haldır ki gənc nəsil artıq bir çox gündəmi və həyatımızı zəbt etmiş bayağılıqdan fikirə, düşüncəyə, beyinə qayıdır.
Və fikiroloq Rövşən Nəcəfov tələbələrlə üzbəüz...sadə, səmimi, rəsmiyyətdən kənar..."İnsan Mühəndisliyi"nin nə olduğunun izahıyla sözə başlayan Rövşən bəy tələbələrin bir çox suallarını cavanlandırdıqca onları narahat edən məsələlərin gerçək səbəbini araşdırmaq istiqamətində onlara yardımçl oldu.
Görüş bir saat zaman kəsiyində nəzərde tutulsa da duyulan maraq və ehtiyac zamanı üstələdi.
Tələbələr böyük maraq və məmnuniyyət hissiylə fikiroloqun hadisələrin kökünə nüfuz edən, adiləşmiş şablon baxış bucağından fərqli izahı olan fikirlərini dinlədikcə yeni yeni suallar verir, fikir mübadilesi edirdilər.
Nədən hər yerdə özümü yad hiss edirəm?
Nailiyyətlərim artdıqca nədən ətrafda paxıllıq hissi artır?
İnsanın ən böyük arzusu naminə həyatına vida etməsi nədir?
Bu kimi suallar ətrafında gedən söhbət yeni mövzulara qapı açırdı.
İctimai qımaq və bunun stress yaradan tərəfləri...
İmtahan öncesi həyəcana necə qalib gəlməli...
Bu gün bu yerdə olmağımın səbəbi nə?
Bütün sualları cavablandıran Rövşən Nəcəfov çıxışını belə yekunlaşdırdı.
"Qismət deyə bir şey yoxdur. Məqsədli istək vardır. Fürsət və fərasət vardır. Həyat bizə verilən ən böyük fürsətdir bə biz maksimum fərasətli olmalıyıq ki fürsəti qacırmayaq. Həyatından kecəcəyin bir istək mütləq bir ideya olmalıdır ki sən yaşamadığın halda səni əbədi yaşatsın. Həyatınızın qəhrəmanı olun, oz tarixinizi qələmə alın. İlk olaraq özünü tanı. İmtahandan kəsilmək axir ki bir yere ilişdim deməkdən daha yaxşıdır."
Gənclərdə yeni ruh yeni düşüncə formalaşdıran Rövşən Nəcəfova və tədbirin təşkilatçısı Ləman xanıma təşəkkürlər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !