Sifarişçi Təhsil Nazirliyi, biabırçı tarix dərslikləri, iddialı müəllif... -

Sifarişçi Təhsil Nazirliyi, biabırçı tarix dərslikləri, iddialı müəllif...

Bilirəm, bu yazıdan sonra sosial şəbəkələrdə üzərimə yeni-yeni hücumlar, basqılar olacaq. Kimi öz
əxlaqına uyğun söyəcək, təhqir edəcək, aşağılamağa çalışacaq, kimi kənardan müşahidəçi qismində
sadəcə seyr edəcək, kimidə müsbət rəy bildirməyə çalışacaq. Burada söhbət gənc nəslin tərbiyəsindən və onların dünyagörüşlərinin formalaşdırılmasından gedirsə mən tarix dərsliklərində yol verilən qüsurlara göz yuma bilməzdim.


Azərbaycan Respublikasının Təhsil haqqında qanununun 4.0.1. maddəsində deyilir: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək”. Gənclərimizin şəxsiyyət kimi yetişdirilməsi həm də bizim vətəndaşlıq borcumuzdur. Mənə elə gəlir ki ilk növbədə övladlarımıza dilini və tarixini mükəmməl öyrətmək vacibdir. Mükəmməl deyəndə əsasən təhsilin keyfiyyəti nəzərdə tutulur.


Təhsil Haqqında Qanun eyni zamanda Təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsini tələb edir (Təhsil
haqqında qanun Maddə 9)
. Burada əsasən təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi- teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s. Nəzərdə tutulur. Beləki dərsliklərin çapında da müəllifdən xüsusi peşəkarlıq və yüksək elmi-pedaqоji səviyyə tələb olunur.


Mən təhsil işçisi deyiləm, lakin bir vətəndaş kimi həyatımızda bütün baş verənlərə eləcədə təhsillə bağlı
münasibət bildirmək hüququm var. Biz hansısa bir sahəni nə qədər çox müzakirəyə çıxarsaq, o sahədə o qədər də çox şəffaflığa nail ola bilərik. Mən Mədəni irsin qorunması və tədqiqi ilə məşğul olan bir adam kimi tarix kitabları diqqətimi daha çox çəkir. Mənim düşüncəmə görə tarix fənni övladlarımıza ibtidai siniflərdən öyrədilməlidir. Tarixi ixtisasından asılı olmayaraq hər kəs mükəmməl bilməlidir. Mükəmməl və keyfiyyətli dəs öyrənmək üçündə, keyfiyyətli dərsliklər yazılmalıdır. Təsüf ki tarix dərsliklərinin hazırlanmasında kifayət qədər nöqsanlarımız var.


Bu yaxınlarda ilk tanış olduğum 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi oldu. Burada mən poliolit
dövründən ta XXİ yüzilliyədək öz varlığını yaşadan Qarabağın necə təsvir olduğuna baxmaq istədim,
amma çox təəsüf ki Qarabağ haqqında məlumata rast gəlmədim. Kitabın müəllifləri Mahmudlu Y.,
Ağayev S., Xubyarov B., Əlişova H., Hüseynova L., Bəhrəmova S.

 

Yalnız kitabın 82-ci səhifəsinin sonuncu bəndində cəmi bir dəfə
Qarabağın adı çəkilir: “...Özünü Qarabağda padşah elan edən Qazan xan dərhal tədbirlər görməyə başladı...”.


Mən bir vətəndaş olaraq Ölkəmiz, Dövlətimiz, Xalqımız üçün çox həssas olan və istər tarixi, istər mədəni, istərsədə ticari baxımdan zənginliyi ilə fərqlənən Qarabağın 7-ci sinif Azərbaycan tarixi dərsliyində yer almamasına heç cür bəraət qazandıra bilmirəm. Güman edirəmki bundan Yaqub müəllimin də xəbəri olmayıb. Yoxsa o buna yol verməzdi.

 

 

Qarabağ haqqında məlumatların dərsliklərdə necə yerləşdirilməsi marağı məni 8-ci sinif tarix kitablarını vərəqləməyə vadar etdi. Mən “Qarabağ tarixi” kitabına rast gəldim. Belə bir adda kitabın mövcudluğu məndə təccüb doğurdu. Çünki Qarabağ Azərbaycandan kənarda başqa bir ölkə deyil, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi onun mövcud regionlarından biridir. Qarabağ tarixi Azərbaycan tarixindən kənarda mövcud ola bilməz. Qarabağın tarixi Azərbaycan tarixinin tərkibində özünə yer almalıdır. Əgər biz doöurdan da Azərbaycanın bölgələrinin tarixlərini ayrı-ayrı dərsliklərdə təsvir ediriksə o zaman bəs nədən orta məktəblər üçün Bakı, Gəncə, Şirvan, Naxçıvan tarixləri niyə yoxdur?


Burada düşmən barmağı hiss olunmurki? Biz özümüz öz əlimizlə Qarabağ tarixini Azərbaycan tarixindən ayırıb ayrı bir fənn kimi tədris edirik. Biz bu fəaliyyətimizlə ermənilərə dəstək olmuruq ki? Biz öz əlimizlə Azərbaycanı bölmürük ki? Bu dərsliklər hazırlanarkən, dərsliyin uşaqların səviyyəsinə(yaşına) uyğun olub olmaması barədə elmi araşdırmalar aparılıbmı? – Deyərdim ki aparılmayıb. Əgər aparılsaydı dərsliklərdə bu cür biabrçılıqlara yol verilməzdi.


2014-cü ildə çap olunan “Qarabağ tarixi” adlı bu dərslikdə ciddi qüsurlara yol verilmişdir Kitabın
müəllifləri Qasım Əhəd oğlu Hacıyev, Əyyub Şəfahət oğlu Əbdüləzimov hər ikisi professordurlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitabın 9 cümlədən ibarət olan giriş hissəsində 5 cümlə “Qarabağ” sözünün mənəyinə həsr edilib. (?)
“Giriş” in nə məqsədlə yazıldığını bəlkədə heç müəlliflərin özləri də izah edə bilməzlər. Amma orada
önəmli iki cümlə var:


“Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Qarabağ tarixinin tədqiqinə xüsusi diqqət
yetirilir. Vaxtilə nəinki Qarabağ regionunun, hətta bütövlükdə Azərbaycanın tarixi səthi öyrədilirdi.
Həmin dövrdən çox-çox fərqli olaraq bu gün müstəqil dövlətimizin təhsil siyasətində Qarabağ tarixinin
gənc nəslə öyrədilməsi prioritet təşkil edir”.


Bir zamanlar “Qarabağ regionunun, hətta bütövlükdə Azərbaycanın tarixi səthi” öyrədilməsini dilə
gətirən müəlliflər, Məqalələri bu həcmdə yerləşdiriblər:


1. Səhifə-18. Qarabağ regionu türk etnoslarının qədim yaşayış məskənidir (1,5 vərəq)
2. Səhifə-20  Qarabağ regionu yazıb mənbələrdə (1 vərəq)
3. Səhifə-21 Qarabağ regionu erkən orta əsrlərdə (1 vərəq)
4. Səhifə-23 Azərbaycanın Qarabağ regionu 9-14 - cü yüzilliklərdə (2,5 vərəq)
5. Səhifə-27 Qarabağ Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində (0,5 vərəq)
6. Səhifə-30 Səfəvilər dövründə Qarabağda siyasi və sosial-iqtisadi vəziyyət (1 vərəq)
7. Səhifə-33 Qarabağ regionu 18-ci əsrin I yarısında (1 vərəq) və s.


Mövzuların həcmindən göründüyü kimi burada dərsliyin keyfiyyəti barədə danışmağa dəyməz.
Azərbaycan Təhsil haqqında qanunun 9.1. maddəsində: - “Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edilir”.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, 8-ci sinif “Qarabag tarixi” dərsliyi çap edilərkən Təhsil Haqqında
Qanunun 9.1. maddəsi pozulub.


Hörmətli Professorlarımız “Yeniləşdirdikləri” dərsliyin 20-ci səhifəsində yol verdikləri bu xətanı
“görməyiblər”.

 

Qarabağ regionu yazıb mənbələrdə

 

Kitabın 17-ci səhifəsində yerləşdirilən bu şəkillərin ümumiyyətlə bu dərsliyə aidiyyatları yoxdur.

Beləki bu abidələr haqqında dərslikdə heç bir məlumat verilmir. Birinci şəkil elmi ədəbiyyatda “Xotavəng”. “Xudavəng”,”Dədəvəng” kimi qeyd olunur. İnşa tarixi VI-VII əsrlərə aid edilir. Abidə
Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban məbəd kompleksidir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub.
Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.


İkinci abidə Ağoğlan məbədi - Laçın rayonu ərazisində, Həkəri çayının Minkənd qolu sahilində Kosalar kəndinin yaxınlığında yerləşir. Ağoğlan məbədi IV - IX əsrlərə aid alban dövrü abidəsidir.

Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə monastır memarlığı tipinə uyğunlaşdırılmışdır. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir. Bu cür möhtəşəm abidələr barədə dərslikdə məlumat verilməməsi məyusluq doğurur.


Kitabın 12-ci səhifəsində 1. Azərbaycan Respublikasının Qarabağ regionunun maddi-mədəniyyət
abidələri.
Adlı başıq altında gedən yazılar oxucuda anlaşılmazlıq yaradır, tədris üçün yararsızdır. Beləki, abidələrin kateqoriyaları, növləri, abidələrin sayları haqqında məlumat verilmir.


İşğal altındakı 13 Dünya əhəmiyyətli abidənin adları sadalanmır, onların Azərbaycanın tarixi və
mədəniyyətində rolu izah edilmir.


Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinin məruz qaldığı itki və tələfatların
sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri,
muzeylər, kitablar, əlyazmalar, qoruqlar barədə heç nə danışılmır.


Bunun əvəzində şagirdlər qarşısında mücərrad mövzular izahsız şəkillər buraxılır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu tarixi abidələr Qarabağ regionunun möhtəşəmlik simvoludur


Bu dərsliyin 42-ci səhifəsidir. Şəkilin altındakı yazını oxuyan şagird üçün maraqlıdır bilsin, bu abidələr haradadır, nə vaxt inşa edilib, Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Bu tapmacanın cavabını şagird necə tapsın?
Uşaq haradan bilsin ki bu abidələr Ağdam cümə məscidi, Ağdamın Qarağacı qəbristanlığı, Əsgəran qalası, Şuşanın Cıdır meydanından Qarqarçayın görüntüsüdür. Amma bilsələr maraqlı olar elə deyilmi?

 

Mən bu qüsurları kitab müəllifinin diqqətinə çatdıranda oqədər kəskin reaksiya verdi ki sanki bomba
partlamışdı. İndi mən deyirəm Hörmətli Qasım müəllim bu saydıqlarım sizin hazırladığınız dərslikdəki
nöqsanların hamısı deyildir. Əziz dostum tək bir şeyi anlamanı istərəm Nöqsanları
üzə demək düşmənçilik deyil. Düşmənçilik, nöqsanları görüb gözünün içinə baxa-baxa susmaqdır.


“Bakı xəbər” qəzetinə müsahibəsində
deyirsiniz “...ortaya çox yüksək səviyyəli
“Qarabağ tarixi” dərsliyi çıxarmışıq”

Mən də sizə deyirəm bu dərslik
qüsurludur şikəst doğulub. Buraxın
dərslik məsələlərini pedoqoqların
öhtəsinə.


Siz məni çox yaxşı tanıyırsınız, savadıma
da bələdsiniz, biz bir çox tədbirlərdə
Beynəlxalq konfraslarda birlikdə iştirak
etmişik. Doğurdanmı sən bu sözləri
deyəndə xəcalət çəkmədinizmi? “O,
“Qarabağ tarixi” dərsliyini özbaşına
tənqid etmir, onu kimsə öyrədib, özü
də bilirəm kim öyrədib”
Məsləhət görərdim ki cəsarət nümayiş etdirib o “kimsə”nin
adını deyəsiniz.

 

Tənqidə bu qədər dözümsüzlük bu yaşda sizə yaraşmaz. Xahiş edirəm bacarmadığınız yolun yolçusu olmayın. Qasım müəllim yalan danışmaq, səhvləri örtbasdır etmir. Siz deyirsiniz ki, “Bəzi qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də radikal müxalifət istəmir ki, Qarabağ tarixi
öyrənilsin. Çünki bu adamlar erməni dəyirmanına su tökənlərdir”.
Yazdığınız dərslik kimi
danışığınızda mücərraddır. Həm də qorxaqsınız ad çəkə bilmirsiniz.


Siz Akademiyaya məndən çox öncə gəlmisiniz. Mən ora 2016-cı ildə gəldim. Təşəkkür edirəm
AMEA rəhbərliyinəki, bu müddət ərzində mənim Ermənistan əleyhinə iki kitabımı 4 xarici dildə
çap edib yayıb. Bundan başqa mən Ermənistan əleyhinə 10 kitab, 200-dən çox məqalə
müəllifiyəm. 2011-ci ildə Strasburqda Ermənistana qarşı məhkəmə iddiası qaldırmışam.
Maraqlansanız bunları onlayn yəni internetdən əldə edə bilərsiniz.

Verdiyiniz müsahibədə daha sonra deyirsiniz: - “Faiq müəllim deyib ki, guya dərsliyin 20-ci
səhifəsində “Qaрabağ рegionu yazıb mənbələрdə” yazılıb. O kitabın elektрon vaрiantını götüрüb və orada da həрf səhvi olub. Kitabdan isə xəbəri yoxduр. Həm də onun qeyd etdiyi
məsələ 20-ci səhifədə deyil, 14-cü səhifədədiр. Mən bu kimi fikirlərə əhəmiyyət vermirəm”.


https://www.baki-xeber.com/sosial/94567.html?fbclid=IwAR0-
leRVLbgk24aqKiwLs1JvMCxt_8JJwDgdXfr-dBffpox31B6Ma-wqjD0


Qasım müəllim yalan danışırsınız. Kitab elektron variant üzərindən çapa gedir. Elektron
variantada oxucu düzəliş etməyi mümkünsüzdür. Yəni elektron variantda necə gedibsə çapda da
o cür düşür. Xətrinizə dəyməsin boynunuza alın ki sizin o kitabdan xəbəriniz yoxdur. Siz necə
müəllifsinizki 14-cü səhifə ilə 20-ci səhifənin yerini səhv salırsınız. Siz 14-cü səhifədə bu
abidələr haqqında məlumat verirsiniz:


Şortəpə - Azərbaycan Respublikasının Bərdə şəhərinin 5-6 km-də Şatırlı
kəndi yaxınlığında qədim şəhər yeridir.


Kültəpə - Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli
kəndi yaxınlığında çoxtəbəqəli qədim yaşayış yeridir.


Uzuntəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin 8- 10 km şimal-
şərqində Köndələnçayın sağ sahilində ilk tunc dövrünə (e.ə. 3-cü minillik) aid
abidədir.


Xantəpə - Azərbaycan Respublikasının Füzuli şəhərinin cənub-şərqində e.ə.
5-ci-2-ci minilliklərə aid çoxtəbəqəli yaşayış yeridir.

Mənim münasibət bildirdilyim dərslik sizin bu kitabdır

 

Qasım Hacıyev
Əyyub Əbdüləzimov

 

QARABAĞ TARİXİ

Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
fakültativ kursun tədris vəsaiti

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206
nömrəli əmri ilə təsdiq olunmuşdur.

 

 

Faiq İSMAYILOV 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !