Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başlayıb - + FOTO=7 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başlayıb + FOTO=7 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi
Ağcabədi, Ağdam və Tərtər rayonlarını əhatə edəcək “Təmas xəttində yaşayan gənclərin
seçkilərdə fəallığının artırılması” adlı layihənin icasına başlayıb. “Təmas xəttində yaşayan
gənclərin seçkilərdə fəallığının artırılması” layihəsinin məqsədi gənclərin, xüsusilə də seçkilərdə
ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi işinin təşkili və onların ictimai fəallığının
artırılmasına dəstək olmaqla, onların dövlət quruculuğunda yaxından iştirakına nail olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ilk təlim sentyabrın 27-də Ağcabədi
rayon Gənclər Mərkəzində keçirib. Təlimdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin
gənclərlə iş üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov, Ağcabədi Pedaqoji Kollecin direktor
müavini Rövşən Bayramov və 40 nəfər gənc iştirak edib.
Tədbiri Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi
Bünyadov Cavid açaraq iştirakçılara Donor və İctimai Birlik haqqında geniş məlumat verib.
Natiqlər bu təlimin aktual və vacib bir mövzuya həsr olunduğunu qeyd etməklə, seçkilərin
demokratik cəmiyyətin formalaşmasında rolundan danışıb, qarşıdan gələn bələdiyə seçkilərində
gənclərin fəal iştirakının vacibliyini xüsusi olaraq diqqətə çatdırdılar.
Bildirilib ki, seçkilər qədim dövrlərdən etibarən cəmiyyətin siyasi həyatında aparıcı yer tutub.
İnsanlar uzun müddət özlərinə layiqli rəhbər, lider müəyyənləşdirməyin ədalətli formalarını
axtarıb və nəhayət, seçki kimi səmərəli forma tapmağa nail olublar.
Sonra layihənin təlimçisi Rasif Qaçayev Azərbaycan Respublikasının Konstitusiyasında,
Azərbaycan Respublikasının Seçki Qanununda və Azərbaycan Respublikasının Seçki
Məcəlləsində öz əksini tapan seçkilərlə bağlı məsələlər haqqında gənclərə geniş məlumat verib.
Tədbirdə iştirak edən gənclərə buklet, flayer və slayd disklər paylanıb. İştirakçılara mövzu ilə
bağlı sorğu vərəqlərini cavablandırıblar. Tədbirin sonunda gənclərə sertifikatlar təqdim olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !