Lənkəran teatrı özünün 129-cu mövsümünü Neftçalada açıb - +FOTO=14(Ağaddin Babayev, AZpress.AZ)

Lənkəran teatrı özünün 129-cu mövsümünü Neftçalada açıb +FOTO=14(Ağaddin Babayev, AZpress.AZ)

  Sentyabrın 27-də Lənkəran Dövlət Dram Teatrı özünün yeni-129-cu mövsümünü doğma səhnədən kənarda-Neftçala Rayon Mədəniyyət Mərkəzində açıb. AZpress.AZ xəbər verir ki, açılış mərasimində Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəis müavini Rəfiqə Cəfərova çıxış edərək teatrın kollektivinə yaradıcılıq uğurları diləyib.

Daha sonra teatrın direktoru Tofiq Heydərov kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıb.

Qeyd olunub ki, teatrın səhnəsində bu il Ə.Nesinin “Manyak”, T.Abdullayevin “Tilsimlənmiş qız”, M.Bayciyevin “Şənbə axşamı”, B.Beyzayinin “Senemar”, E.Əskərovun “Sehirbazlar dərəsi” əsərləri tamaşaya hazırlanıb. Teatrın truppası İran İslam Respublikasının Ərdəbil, Tehran və Zəncan şəhərlərində keçirilən Beynəlxalq teatr festivallarında Azərbaycanı uğurla təmsil edib.

Yeni mövsümdə isə yaradıcı kollektiv görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə töhfə olaraq ədibin “Vəfalı Səriyyə”, serb dramaturqu Miodraq Bulatoviçin “Qodo gəldi” və digər səhnə əsərləri ilə pərəstişkarlarını sevindirəcək.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov Lənkəran teatrı ilə səmərəli əməkdaşlığa və teatrın tədbirlərinin bölgədə həyata keçirilməsində verdiyi dəsyə görə təşəkkürnamə və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Açılış mərasimindən sonra teatrın truppası iranlı yazar Bəhram Beyzayinin “Senemar” tamaşasını nümayiş etdirib. Tamaşada həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanının öz əyalətində tayı-bərabəri tapılmayan böyük bir saray tikdirmək arzusundan bəhs olunur. Bu məqsədlə o, Senemar adlı dünyaca məşhur memarı ölkəsinə dəvət edir. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə hər vasitə ilə memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah ona məxsus sarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi saraydan yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Sayad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.

İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !