İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü - (+FOTO=7)

İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, bu gün Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Masazır kəndində əhalinin sayının surətlə artdığını və qeyri-rəsmi məlumatlara görə, artıq 80 mini ötdüyünü vurğulayan İ.Gülməmmədova bildirib ki, bununla əlaqədar olaraq müəyyən ehtiyaclar yaranır. Yeni salınan yaşayış massivlərində kommunikasiya xətlərinin çəkilməsi istiqamətində böyük işlərin görüldüyünü, kəndin elektrik enerjisi, mavi qaz və içməli su ilə təmin edildiyini vurğulayan başçı mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyinivə vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını qeyd edib.

Sonra Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov və Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinləriçıxış edərək səyyar görüşlərin irəli sürülən təkliflərin reallaşmasına və problemlərin həll olunmasına müstəsna kömək etdiyini bildiriblər. Çıxışçılar rayonda, eləcə də Masazır kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında, marşrut xəttlərindəki avtobusların sayının çoxaldılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !