İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçiriləcək -

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyində İmadəddin Nəsiminin 650 illik yubileyinə
həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçiriləcək
Azərbaycan Milli Xalça Muzeyində sentyabrın 28-i, saat 15:00-da böyük
mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq
xalça eskizi müsabiqəsinin yekun sərgisi keçiriləcək.
Milli Xalça Muzeyinin təşkilatçılığı ilə II Nəsimi - şeir, incəsənət və
mənəviyyat Festivalı çərçivəsində baş tutacaq sərginin açılışında Azərbaycan Milli
Xalça Muzeyinin direktoru Şirin Məlikova və Xalq rəssamı Eldar Mikayılzadə
çıxış edəcək. Tədbirdə müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və
digər ölkələrdən 35 nəfər qatılıb və onlar ümumilikdə 51 xalça eskizi təqdim
ediblər. I və II yerin sahibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. III yerə
layiq görülən əsər isə Azərbaycan Milli Xalça Muzeyinin facebook səhifəsində
açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq gördüyü 7 eskiz
arasından seçilib.
Sərgidə qaliblərin eskizləri əsasında Azərbaycan Milli Xalça Muzeyinin
Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu üç xalça tədbir iştirakçılarının
önündə kəsiləcək və adət-ənənəyə uyğun, şirniyyat süfrəsi ilə təqdim olunacaq.
Eyni zamanda, Xalq rəssamı Eldar Mikayılzadənin yubiley münasibətilə yaratdığı
“Nəsimi” xalçası və müsabiqəyə təqdim edilmiş bütün eskizlər sərgilənəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !