VAQİF BƏHMƏNLİNİN Qansız savaş və Hüzünlü misralar kitablarının təqdimatı olacaq -

VAQİF BƏHMƏNLİNİN “Qansız savaş” və “Hüzünlü misralar” kitablarının təqdimatı olacaq

VI BEYNƏLXALQ KİTAB SƏRGİ YARMARKASI.
Bu bildirişi oxuyan hər bir dost
28 SENTYABR, SAAT 11:30-da
VAQİF BƏHMƏNLİNİN “Qansız savaş” və ANKARADA nəşr olunmuş “Hüzünlü misralar” kitablarının təqdimatına dəvət olunur. Tədbir zamanı şairin hər iki kitabı oxuculara avtoqrafla hədiyyə ediləcək.

"QANSIZ SAVAŞ" kitabından

 

Xahiş

 

Tanrım, günahımdan keç,   
hesab et ağıldankəm...
Öləndən sonra da heç
mən ölmək istəmirəm!

 

Yolunu keçdim çətin,
dar quyu oyma mənə,
Altmış illik zəhmətin
hayıfdı, qıyma mənə.

 

Çevir, başına çevir;
yox olmaq istəmirəm.
Hökm et, ruhumu devir,
ruh olmaq istəmirəm.

 

Yerimi böyründə sal,
zaman boyda məkan ver.
Min dəfə canımı al,
aldıqca yenə can ver.

 

Məni saxla, İlahi,
bir qızın gözlərində,
soğan, əvəlik, kahı,
yarpızın gözlərində.

 

Əl çatmayan budaqda,
sonuncu narda saxla,
Mismarla taxta-taxta
İsa tək darda saxla!

 

Bir qara, soyuq daşda,
zəhr elə, marda saxla!
Yayda, payızda, qışda,
şehcən baharda saxla!

 

Saxla Leylan düzündə,
inək, at örüşündə,
Saxla oğlan üzündə,
qızın ilk öpüşündə...

 

Kimlər yox olub getmiş...
Məni vida çağında
gizlət, açarı itmiş
bir nənə sandığında.

 

Haqdan qurulu evin
namusu elə məni,
qonaq-qaralı evin
qapısı elə məni.

 

Hör məscidə, kilsəyə;
məni öldürmə, Allah!
Qaldığımı kimsəyə
heç vaxt bildirmə, Allah!

 

Dizimə fil tabı ver,
kül üzümü qat yelə.
Mənə yer əzabı ver
cənnətə düşsəm belə...

 

Yağdır təpəmə ahı
qızaran dan yerində,
məni saxla, İlahi,
Günün çıxan yerində!
Günün batan yerində!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !