Bu gün dünyadan bir müəllim çıxıb getdi... - - Yadigar Cəfərli yazır

Bu gün dünyadan bir müəllim çıxıb getdi... - Yadigar Cəfərli yazır

Vurğun Əyyubla həyat çox məqamlarda rastlaşdırıb.
Bacım 1992-ci ildə o vaxtın dili ilə desək, test imtahanına hazırlaşanda televiziya çıxışlarındakı hər sözündən ümidli nəsə tutmaqdan ötrü onu böyük diqqətlə, həyəcanla dinlədiyimiz anlar vardı.
O siyasətçi, mən jurnalist kimi sonralar ondan çox müsahibələr götürmüşəm.
Günəşlidəki evində qonaq olmuşam.
Hətta mən aspiranturaya hazırlaşanda Axundov kitabxanasının oxu zalında təsadüfən eyni masanı paylaşdığımız günlər də olub.
Bütün bu fərqli zaman və məkanların Vurğun Əyyubunu bu keyfiyyətlər bütünləşdirirdi: yüksək əxlaq, mənəviyyat, ziyalılıq.
Bu keyfiyyətləri ilə o, siyasətdə ən müxtəlif düşərgələrin də hörmətlə yanaşdığı təmiz adam, ailədə iki qızının məsud atası, həyatda isə əsl müəllim idi.
Son bir neçə gündə haqqında yazılan rəyləri oxuyur və hiss edirəm ki, onu bu cür tanıyan tək insan deyilmişəm.
Bildiyim qədər, Vurğun Əyyubu yaxın çevrələrdə də elə “uçitel” ləqəbi ilə nişan verirdilər.
Və bu ləqəb ona çox yaraşırdı.
Həbib bəy Mahmudbəyova, Aleksey Çernyayevskiyə, Sultan Məcid Qənizadəyə, Abdulla Şaiqə, eləcə də başqa maarif xadimlərimizə yaraşan kimi...
Bu gün dünyadan bir müəllim çıxıb getdi.
Vurğun Əyyubun şəxsində dünyasını dəyişmiş bütün əsl müəllimlərimizə Allah rəhmət eləsin! 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !