Qarabağ Muğam Mərkəzində böyük bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib - + FOTO=35 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Qarabağ Muğam Mərkəzində böyük bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib + FOTO=35 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
Üzeyir Hacıbəyli XI Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi rayon
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansamblının konserti olub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət və incəsənət
xadimləri, ictimaiyyətin nümayəndələri, böyük bəstəkarın musiqisinin
pərəstişkarları əvvəlcə Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin
həyətindəki büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər. Tədbir
Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb.
Ansamblın bədii rəhbəri Xalq artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon
İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, böyük
bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli
musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi
sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, dünya musiqi xəzinəsinə
parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi,
bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. Şərqdə
operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb,
dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Ü.Hacıbəyli
həmçinin felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr
edib, ictimai işlərdə fəal çalışıb.
Diqqətə çatdırılıb ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi
qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi
rəhbərin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı
Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi
deyil ki, Üzeyir bəy həm də ötən il 100 illiyini təntənə ilə qeyd etdiyimiz
Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak
etmiş böyük şəxsiyyətlərimizdəndir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin milli ənənələrə, ümumbəşəri
dəyərlərə söykənən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycanda zəngin mədəni irsin təbliği, qorunması,
mədəniyyət sahəsinin inkişafı daim diqqət mərkəzində saxlanılır, paytaxtda,

eləcə də regionlarda mədəniyyət müəssisələri, muzeylər, rəsm qalereyaları
inşa edilir və ya əsaslı təmir olunur.
Milli Musiqi Günü artıq 11 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm də
daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin
görüşünə gəlir. 2009-cu ildən etibarən Azərbaycanda hər il keçirilən və dahi
bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr
olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festivalın
konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər,
solistlər, dirijorlar iştirak edirlər.
Sonra Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı
və Rəqs Ansamblı, həmçinin Qarabağ Muğam Mərkəzinin ifaçıları dahi
bəstəkarın əsərlərindən ibarət musiqili kompozisiya ilə çıxış ediblər. Təqdim
olunan rəqslər, romans və mahnılar, “Arşın mal alan”, “O olmasın, bu olsun"
operettalarından parçalar və sair musiqi nömrələri ağcabədililərin marağına
səbəb olub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !