Nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edəcək -

Nümayəndə heyəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edəcək

 AZpress.AZ xəbər verir ki, 2019-cu il 30 sentyabr – 9 oktyabr tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası keçiriləcək.

Beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Builki sessiyanın gündəliyinə bir sıra beynəlxalq əhəmiyyətli məsələlər, ÜƏMT komitələrinin, o cümlədən ÜƏMT-nin rəhbər orqanları olan Əlaqələndirmə Komitəsinin və Proqram və Büdcə Komitəsinin hesabatları, həmçinin həmin komitələrin növbəti iki il müddətinə (oktyabr 2019-oktyabr 2021) yeni üzvlərinin təsdiq edilməsi və digər məsələlər daxil edilmişdir.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyətinin ÜƏMT-nin Baş direktoru Frensis Qarri ilə görüşü, eləcə də Azərbaycan nümayəndəsinin Baş Assambleyanın sessiyasında çıxışı nəzərdə tutulur.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !