Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimi keçirilib - (+FOTO=21)

Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimi keçirilib (+FOTO=21)

 AZpress.AZ xəbər verir ki, Daşkənddəki “Zərəfşan” kino-konsert zalında Azərbaycan kinosu günlərinin təntənəli açlş mərasimi keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə kino günləri Daşkənd, Səmərqənd və Almalık şəhərlərində keçiriləcək.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatları, kino sahəsinin mütəxəssisləri, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.

Azərbaycan kinosu günlərində ölkəmizin Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssisləri iştirak edir.

“Özbəkkino” Milli Agentliyinin Baş diirektoru Firdavs Abduxalikov kino-konsert zalına toplaşanları salamlayb, hələ keçmiş SSRİ dövründə Azərbaycan və Özbəkistan kinemotoqrafçlar arasnda olan sıx əlaqələrdən, hazırda bu əməkdaşlığın dirçəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Almaz Sultanzadə kino sahəsində əlaqələrimizin daha da inkişaf etdirilməsi zəruriliyindən danışıb. O, qeyd edib ki, Daşkənd, Səmərqənd və Almalık şəhərlərində kino günləri çərçivəsində Azərbaycan və Özbəkistan kinemotooqrafçılarının görüşləri keçiriləcək, usta dərsləri təşkil olunacaq.

Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Səfir vurğulayıb ki, Azərbaycan müntəzəm olaraq Özbəkistanda keçirilən müxtəlif mədəni tədbirlərdə iştirak edir və həmişə də yüksək yeyrlər tuturlar.

Hüseyn Quliyev mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib.
Azərbaycanın Əməkdar İncəsənət xadimi, kinoşünas Ayaz Salayev və rejissor Mirbala Səlimli ölkələrimiz arasında keçmiş SSRİ dövründə yaradallan əlaqələərin bərpa olunmasI, kinemotoqrafiya sahəsində həyata keçiriləcək layihələrdən danışıblar.

Azərbaycan kinosu günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblnn üzvləri milli rəqslərimizi ifa ediblər.

Tədbirin sonunda Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi nümayiş etdirilib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !