Qafqaz Albaniyası tarixinin öyrənilməsi ilə bağlı düşərgə təşkil edilmişdir - + FOTO=3

Qafqaz Albaniyası tarixinin öyrənilməsi ilə bağlı düşərgə təşkil edilmişdir + FOTO=3

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bakı Gənclər Klubu”
ictimai birliyi tərəfindən həyata keçirilən “Əsrlərin mirası - Qafqaz Albaniyası ” adlı
layihənin icrası davam edir. Layihə 21 gəncin – Bakı Dövlət Universiteti Tarix fakültəsi və
digər ali təhsil ocaqlarının tələbələrinin iştirakı ilə 15 avqust -15 noyabr 2019-cu il tarixlərində
həyata keçirilir.
Layihənin məqsədi - gənc nəslin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və
ümumiyyətlə, milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və
mədəni irsimizin təbliği və yerli əhalinin bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən
ibarətdir.
Bu məqsədlə layihə çərçivəsində sentyabr ayının birinci yarısında respublikamızın şimal-qərb
bölgəsi - Şəki rayonunda tarixi düşərgə təşkil olunmuşdur. Düşərgənin açılışında layihə rəhbəri
Azər Cavadov layihənin əhəmiyyəti, görüləcək işlər və bədnam qonşularımızın son zamanlar bu
tarixi və mədəni irsə sahib çıxmağa çalışmaqları haqqında danışmış, məhz bu baxımdan Qafqaz
Albaniyası tarixi səhifəsinin gənclər tərəfindən yaxından öyrənilməsini müasir dövrün ən aktual
tələbi olduğunu söyləmişdir. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov
Şəki rayonunda yerləşən, Qafqaz Albaniyasına aid olan abidələr və bu layihənin gənc
tarixçilərin biliklərinin zənginləşməsində oynayacaq rolu haqqında fikir bildirmişdir. Layihənin
təlimçisi Mədəniyyət Nazirliyinin rəsmi bələdçisi- Gülşən Abbasova Şəki və ətraf rayonlarda
yerləşən, Qafqaz Albaniyası tarixini əks etdirən abidələr və xarici qonaqların bu abidələrə
göstərdiyi maraq haqqında fikirləri layihə iştirakçılarının nəzərinə çatdırmışdır. Layıhənin
açılışından sonra layihə iştirakçıları Şəki, Oğuz, Qax, Qəbələ rayon mərkəzləri və kəndlərinə
səfərlər etmiş və burada yerləşən Qafqaz Albaniyası tarixi və mədəni irsini əks etdirən abidələr
haqqında foto, video və tarixi məlumatlar əldə etmişdilər. Düşərgə 7 gün davam etmişdir.
"Bakı Gənclər Klubu" ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il
Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB “GUAM Dövlətləri
Gənclər Təşkilatlarının Forumu”, “Azərbaycan Kiber İdman Federasiyası” və Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsisçisi və fəal üzvüdür. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !