Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər - + FOTO=3

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər + FOTO=3

Fransanın Monpelye Universitetinin alimləri - professor Fransua Henn və
gənc tədqiqatçı Adrien Novrin Bakı Dövlət Universitetinin Nano Araşdırmalar
Mərkəzində olublar.
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi,
Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Yüksək Texnologiyalar üzrə
Tədqiqat və İnkişaf Mərkəzinin direktoru, professor Sevda Abdullayevanın da
iştirak etdiyi görüşdə qonaqlara mərkəz haqqında məlumat verilib, yerinə
yetirilmiş tədqiqat işləri barədə danışılıb.
Dünya elminin tələblərinə cavab verən istiqamətlərdə müştərək elmi-
tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsinin əhəmiyyətindən danışan
rektor Elçin Babayev alim və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr
hazırlığı, birgə elmi konfranslar, simpoziumlar, seminarlar və təcrübə kurslarının
təşkili məsələlərinə toxunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə başa çatıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !