Daşkənddə keçirilən Xalqların adət-ənənələri və mətbəxi adlı festivalda Azərbaycan da təmsil olunub - (+FOTO=19)

Daşkənddə keçirilən “Xalqların adət-ənənələri və mətbəxi” adlı festivalda Azərbaycan da təmsil olunub (+FOTO=19)

 AZpress.AZ xəbər verir ki, Daşkənddəki Botanika bağında “Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib.

Özbəkistandakı səfirliklər və mədəniyyət mərkəzlərinin iştirak etdiyi festivala Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, digər ölkələrin səfirləri və diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət təmsilçiləri, diasporumuzun üzvləri və jurnalistlər qatılıb.

Festivavlda iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəxini nümayiş etdiriblər.

Ölkəmizi bu tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.

Azərbaycan guşəsinə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub, onlar plov, dolma, çığıırtma, kükü, dovğaya qonaq edilib.

Təşkil edilən konsertdə AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.

Sonda festivalda fəaliş tirak edən qurumlara diplomlar verilib. Diplomalanlar arasında Azərbaycan Mədəniyyət Mərkəzidə olub.  

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !