Gimnastların Dünya Çempionatı başa çatıb - - ( M. İntiqam – AZpress.AZ )

Gimnastların Dünya Çempionatı başa çatıb - ( M. İntiqam – AZpress.AZ )

Azərbaycanın qrup komandası Tokio-2020-yə lisenziya qazanıb.
Sentyabrın 16-da paytax Bakıdakı Milli Gimnastika Arenasında startı verilən və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatına bu gün qrup komandalarin final yarışları ilə yekun vurulub. Komandalar əvvəlcə üç həlqə və 2 gürzlə, sonra isə 5 topla çıxış edərək nəyə qadir olduqlarını nümayiş etdiriblər. Heyti Aliyə Paşayeva, Ayşən Bayramova, Diana Əhmədbəyli, Zeynəb Hümmətova və Dariya Sorokindən ibarət olan Azərbaycan komandası üç həlqə və 2 gürzlə olan yarışa qatılıb. Komandamız çıxışını 26.450 balla 7-ci pillədə bitirib. Bununla belə komandamız Tokio-2020 Olimpiadasına lisenziya qazanıb.
Yeri gəlmişkən qrup komandamızdan əvvəl isə daha bir gimnastımız – Zöhrə Ağamirova 4 hərəkətin cəmində topladığı 78.725 balla lisenziyanı özünə təmin etmişdir.
Xatırladaq ki, Bakının ikinci dəfə ev sahibliyi etdiyi bu mundialın reqlamentinə görə fərdi yarışda 1-16-cı, qrup yarışlarında isə ilk 5-ci yeri tutan komandalar Tokioya bilet alıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !