Elə bildim özüm yazmışam - - Elçin Mirzəbəyliyə "oğru"dan cavab

Elə bildim özüm yazmışam - Elçin Mirzəbəyliyə "oğru"dan cavab

Deməli, “Bir gün mən olmasam” adlı 90-cı illərdən üzü bəri kifayət qədər məşhur olan şeirimi ədəbi cameədə tanınan kişi cinsindən olan bir nəfər olduğu kimi, insafən, nöqtəsinə-vergülünə toxunmadan mənimsəmişdi və sonra rəngli çiçəklərdən ibarət təxəllüsü olan bir xanım da ona cavab yazmışdı. Hətta şeirimin hər bəndindən iki misranı çırpışdırıb bir-biri ilə aşırı romantikcəsinə deyişmişdilər də...
Nə isə bu kişi cinsindən olan oğrunun telefon nömrəsini tapıb zəng elədim, iradımı bildirdim, “ayıb deyil” dedim... Nə cavab versə yaxşıdı? Dedi ki, “Elçin müəllim, o qədər ürəyimə yatdı ki, birnəfəsə əzbərlədim və sonra da elə bildim özüm yazmışam”... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !