İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib - + FOTO=7

İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib + FOTO=7

Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun
Məmmədli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə
rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət
təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Kənd və qəsəbələrdə yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini
bildirən İ.Gülməmmədova qeyd edib ki, rayon ərazisində salınan yeni yaşayış
massivlərində məskunlaşmış əhaliyə kommunal xidmətlərinin daha da yaxşı
göstərilməsi istiqamətinə böyük işlər görülüb. Sakinlər fasiləsiz elektrik enerjisi,
mavi yanacaq və içməli su ilə təmin edilib, daxili yollarının abadlaşdırılması
həyata keçirilib.
Sonra Abşeron RİH başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Şiraslan Həsənov və Məmmədli kənd bələdiyyəsinin sədri
Xəyaləddin Məmmədov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata
keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində
məlumat veriblər.
Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə
səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən
irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında
müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüşlər zamanı
qaldırılan problemlər tamamilə həll olunub. Çıxışçılar rayonunda, eləcə də
Məmmədli kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək,
kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin
abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub,
müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə
müvafiq tapşırıqlar verilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !