M.Əsədov adına 5 saylı tam orta məktəbdə sentyabrın 15-i bilik gününə həsr olunmuş tədbir keçirildi - + FOTO=18

M.Əsədov adına 5 saylı tam orta məktəbdə sentyabrın 15-i bilik gününə həsr olunmuş tədbir keçirildi + FOTO=18

16.09.2019-cu il tarixdə M.Əsədov adına 5 saylı tam orta məktəbdə sentyabrın
15-i bilik gününə həsr olunmuş tədbir keçirildi.Tədbir dövlət himninin
oxunması ilə başladı.Tədbirdə məktəb kollektivi ,şagirdlər,valideynlər və
dəvət olunmuş qonaqlar RTŞ-ın nümayəndəsi Zeynalov Tofiq, Heydər Əliyev
adına mərkəzin rəhbəri Ağayeva Məshəti iştirak etmişlər.


Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə Allahverdiyeva,müəllim
və şagirdləri,eləcə də valideynləri dərs ilinin başlanması münasibəti ilə təbrik
etdi.


Məktəbin direktoru məktəbin naliyyətləri haqqında məlumat verərək kiçik
fidanlar olan birincilərə də bu yolda uğurlar arzuladı. Ağcabədi rayon RTŞ-ın
nümayəndəsi Tofiq müəllim də öz ürək sözlərini,təbriklərini və tövsüyələrini
bütün tədbir iştirakçılarına bildirərək bilik günü münasibəti ilə onları səmimi
qəlbdən təbrik etdi.


Daha sonra Ağayeva Məshəti öz məktəb xatirələrindən danışaraq xoş
arzularını şagirdlərə bildirdi.Sonra isə məktəbin məzunları olan XI sinif
şagirdləri fidan balaları təbrik edərək onlara da özləri kimi nümunəvi şagird
olmasını tövsiyə edib, onları səhnəyə dəvət etdilər.Birincilər şer
söyləyərək,səhnəcik göstərərək tədbir iştirakçılarını məmnun etdilər.Sonda
birincilər ilk zəng səsi,sədası altında siniflərə daxil oldular. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !