Qarabağ azərbaycanlı icmasının dəstəklənməsi dövlətçiliyimizin maraqları baxımından əhəmiyyətlidir- - Faiq Ismayılov yazır

Qarabağ azərbaycanlı icmasının dəstəklənməsi dövlətçiliyimizin maraqları baxımından əhəmiyyətlidir- Faiq Ismayılov yazır

Beynəlxalq arenada Qarabağ azərbaycanlı icmasının dəstəklənməsi milli və dövlətçiliyimizin maraqları baxımından əhəmiyyətlidir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ
azərbaycanlılarının düşdüyü acınacaqlı vəziyyət, eləcə də ermənilərin azərbaycanlılara qarşı tarix
boyu törətdikləri soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından icmanın
beynəlxalq arenada təbliği çox mühüm əhəmiyyət daşıyır.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in
Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə
əsasən yaradılmışdır. ATƏM ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan
münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama
salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada
Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan
danışıqlarda iştirak etmişdir. 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik
formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində
qeydiyyata alınmışdır.
Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha
qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi Azərbaycan tərəfi regionda davamlı sülh,
təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistanı
beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif
etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi
üzərində işə başlamasına vadar etməsinə səbəb olacaqdır..

Problemin qayəsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsinə nail olmaq, Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün düşmüş azərbaycanlı əhalisinin öz
yurdlarına dönmələri üçün etdikləri çağırışını dünya ictimaiyyətinə çatdırmaq, Beynəlxalq
Təşkilatlardan münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutmalarını
tələb etmək təşkil edir.

BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin
hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu
prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının
Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş
ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki
icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış
şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-
qanuniliyini vurğulayır. Azərbaycanın bu istiqamətdə mövcud durumu və beynəlxalq səviyyədə
qəbul edilən sənədlər müraciət etdiyimiz problemin ictimai əhəmiyyətini müəyyənləşdirməyə
şərait yaratdı.

Azərbaycanın 20% torpaqlarının Ermənistanın işğalı altında olması bu problemin aktuallığını
önə çəkir. Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane
olur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri
və ərazi bütövlüyü çərçivəsində həll edilməsini rədd edir. Hazırda dünya birliyi Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi
bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir
addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt
olmayacaq”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !