Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər - (+FOTO=10)

Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər (+FOTO=10)

 AZpress.AZ xəbər verir ki, cari il 22, 23 noyabr tarixlərində Heydər Əliyev Sarayında Özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın əməkdar artistləri, “Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.

“Özbəkistandan sevgilərlə” adlı konsert proqramının “Özbəkistandan qonaqları Azərbaycan Respublikasının Xalq Artisti Mənsum İbrahimov, tanınmış meyxanaçı Tərlan Novxanı olacaqdır. Konsert proqramına Özbəkistanın “First Art Media” və “ARTEL” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcəkdir.
Qeyd edək ki, müstəqillik tarixində Özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı ilk dəfədir ki, təşkil olunur və konsert proqramına böyük maraq olması gözlənilir.

Soykökü, dini, mədəniyyəti, adət və ənələri eyni olan xalqlarımız üçün bugünlərdə daha bir əlamətdar hadisə baş verdi.

Qardaş Özbəkistan Türk Əməkdaşlıq Şurasına üzv olmaq üçün rəsmi müraciət etdi.

Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan musiqisevərlərinə müraciət edərək onlarla qeyd olunan tarixdə Heydər Əliyev Sarayında görüşməyi səbirsizliklə gözlədiyini bildirib. Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onlar üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının onun karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı olduqca anşlaqla keçir.

Özbəkistanın gənc estrada ulduzu, istedadlı artist Uluqbek Raxmatullayev Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış etdiyini, qardaş Azərbaycan səhnəsinin daha doğma və onun üçün mühüm olduğunu qeyd edib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu söyləyən gənc estrada ulduzu Bakı səhnəsini səbirsizliklə gözlədiyini vurğulayıb.

Qardaş ölkənin hər iki ulduzu Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanlı izləyicilərini, pərəstişkarlarını konsert proqramına dəvət etmişlər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !