Milli Musiqi Günü ilə əlaqədar sərgi və söhbət - (+FOTO=5)

“Milli Musiqi Günü” ilə əlaqədar sərgi və söhbət (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, sentyabrın 18-də Azərbaycan musiqi mədəniyyətinin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
“Milli Musiqi Günü” ilə əlaqədar olaraq Yasamal rayon MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova, informasiya-resurs şöbəsinin əməkdaşları Pərvanə Qarayeva və Gülnar Allahverdiyeva 158 №-li tam orta məktəbdə sərgi və söhbət keçirdilər. Söhbətdə 5rsinfinin şagirdləri iştirak edirdi.

Məktəbin müəlliməsi Nigar Məmmədli vəkitabxana əməkdaşları çıxışlarında Üzeyir Hacıbəyovun elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoymasını və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etdiyini vurğuladılar. Bildirildi ki, dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.

Sinif otağında təşkil edilən sərgi və söhbətin davamı daha sonra yuxarı sinif şagirdləri ilə açıq havadaaparıldı. Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin və 158 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Ayla Qaracayeva musiqi biliklərini məktəb yoldaşları ilə bölüşdü. Sinif otağında və açıq havada sərgi nümayiş olundu.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !