Alman-Azərbaycan Biznes Forumunda yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir -

Alman-Azərbaycan Biznes Forumunda yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir

 

 

 

 

Alman-Azərbaycan Biznes Forumunda Azərbaycan və Alman hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Azərbaycanın İqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov Sənayenin İnkişafı və
İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumunda açılış nitqi ilə çıxış
edəcək. Həmçinin, Almaniyanın Azərbaycandaki Səfiri cənab Wolfgang Manig və Alman-Azərbaycan
Xarici Ticarət Palatasının vitse prezidenti cənab Fərid İsayev açılış mərasimində iştirak edərək Forum
iştirakçılarını salamlayacaq.


Sənayenin İnkişafı və İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumu 27
sentyabr 2019-cu il tarixində Hyatt Regency İclas və Konfrans Mərkəzinin Quba zalında baş tutacaq.
Bu il biznes tədbirində Azərbaycan Respublikasının bir sıra nazirləri (nazir müavinləri), Almaniyanın
Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin nümayəndəsi, eləcə də Azərbaycanda fəaliyyət
göstərən aparıcı alman şirkətlərinin Baş İcraçı Direktorları da daxil olmaqla, Azərbaycan və Alman
hökumətinin və biznes şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.


Azərbaycanda maliyyə və biznes mühiti barədə impuls bölümündən əlavə, iqtisadi islahatların aparıcı
qüvvəsi kimi nəqliyyat və infrastruktur, eləcə də kənd təsərrüfatı və qida senayəsində paralel
müzakirələr bu ilki Forumun gündəliyini təşkil edir.


Forum haqqında
Sənayenin İnkişafı və İnfrastrukturun Modernləşdirilməsi üzrə Alman-Azərbaycan Biznes Forumunun
əsas məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihə və təkliflərini təqdim
etmək və işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etməkdir. Forumun əsas mövzusunu
maliyyə və biznes mühiti ilə yanaşı nəqliyyat və infrastruktur sektorlarında islahatlar və tərəfdaşlıq
üçün perspektivlər təşkil edir. Forum Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan)
tərəfindən Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində
təşkil olunur. Tədbirdə iştirak ödənişsizdir və qeydiyyat üçün son tarix 20 sentyabr 2019-cu ildir.


Ətraflı məlumat və qeydiyyat
Daha ətraflı məlumat və qeydiyyat üçün tədbirin veb səhifəsini ziyarət edə bilərsiniz. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !