Vergilər nazirinin çıxışı göstərdi ki, rəsmi statistika gerçəkliyi təhrif edir — - Qubad İbadoğlu

“Vergilər nazirinin çıxışı göstərdi ki, rəsmi statistika gerçəkliyi təhrif edir” — Qubad İbadoğlu

Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin əhalinin xərclərinə dair rəsmi açıqlamasını tənqid edib.

AZpress.AZ-ın məlumatına görə, o vurğulayıb ki, Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamasına görə, Azərbaycan əhalisi bu ilin 8 ayında ərzaq məhsullarına 11 milyard 78 milyon manat, toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 343 milyon manat, işki və tütün məmulatlarına 1 milyard 139 milyon manat, avtomobil yanacağına 1 milyard 337 milyon manat xərcləyib:

“Bütün bu xərcləmələr cəmi ticarət dövriyyəsinin 75 faizinə qədərini təşkil edib. Rəsmi statistik məlumatlardan belə çıxır ki, əhali gəlirlərinin hər 4 manatında 3-nü yeməyə, geyməyə, işməyə və gəzməyə sərf edir”.

Q.İbadoğlunun sözlərinə görə, digər tərəfdən də Vergilər Naziri “Vergi siyasəti və şəffaflq” konfransında çıxış edərkən bildirib ki, Azərbaycan Statistika Komitəsinin pərakəndə ticarət dövriyyəsinin dair rəqəmlərlə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq mövcuddur:

“İndi görün ki, rəsmi statistika mövcud gerçəkliyi necə təhrif etməklə məşğuldur. Məşhur ingilis siyasətçisi Benjamin Dizraelinin XİX əsrdə dediyi 3 cür yalan vardır: yalan, ağ yalan və bir də statistika” deyimi bu gün Azərbaycanda əsl həqiqəti ifadə edir”.(Azpost.info) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !