İradə Gülməmmədova Masazır kənd məktəbində ilk dərs günündə iştirak edib - (+FOTO=9)

İradə Gülməmmədova Masazır kənd məktəbində ilk dərs günündə iştirak edib (+FOTO=9)

 AZpress.AZ xəbər verir ki, Abşeron rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.Masazır kənd 5 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.Daha sonra işə yeni qəbul olan müəllimlər "Müəllim Andı" içiblər.

Giriş sözü ilə çıxış edən məktəbin direktoru Səlim Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəbəqədər qrupuların sayı 4 sinif, 96 şagird,1-ci sinifə qəbul üzrə qrupuların sayı isə 6 sinif , 172 şagird olub. Məktəbin ilk məzun buraxılışı isə 2020-ci ildə 24 şagirdlə olacaq.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Bilik Günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Abşeronda təhsilin gəstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur.

Bildirilib ki, 2018-2019-cu dərs ilinin nəticələrinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə 183 nəfər məzun 500-600 arası bal, 61 məzunumuz isə 600-dən yuxarı bal toplayıb. Eyni zamanda 2 şagird ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medalla təltif olunub.

İcra Başçısı çıxışının sonunda Abşeron rayonuna göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib. Həmçinin pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səslənib, rəqslər nümayiş olunub. İlk zəng çalındıqdan sonra İradə Gülməmmədova sinif otaqlarında olub, birincilərlə səmimi söhbətlər edib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !