YENİ KARTLARIN ALINMASINDA NÖVBƏLƏR MÜŞAHİDƏ EDİLMİR -

YENİ KARTLARIN ALINMASINDA NÖVBƏLƏR MÜŞAHİDƏ EDİLMİR

Ötən həftə smart kart tipli sayğacların kartlarının verilməsi zamanı “ASAN Kommunal” mərkəzlərində
müşahidə olunan abonent sıxlığı görülən operativ tədbirlər nəticəsində xeyli stabilləşib. Artıq böyük
növbələr qeydə alınmır. Əgər ötən həftə gün ərzində “ASAN Kommunal” mərkəzləri və “Azəriqaz”
İstehsalat Birliyinin xidmət sahələrinə daxil olan 1500-dək müraciətin əksəriyyəti kartların alınması ilə
bağlı olurdusa, hazırda gündəlik 1300-dək müraciətin cəmi 350-400-ü yeni kartların alınması barədədir.
Bir daha xatırladaq ki, bu həftə də Birliyin mühəndisləri Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan
xidmət sahələrində səhər saat 09:00-dan 18:00-dək həftənin 7 günü xidmətlərini davam etdirirlər.
Bundan başqa bazar günü abonentlər “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin
Babək prospekti 22/24-də yerləşən inzibati binasına da müraciət edə bilərlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !