Ağcabədinin Salmanbəyli kəndində yeni inşa edilən məktəb binası istifadəyə verilib - +FOTO=47 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Ağcabədinin Salmanbəyli kəndində yeni inşa edilən məktəb binası istifadəyə verilib +FOTO=47 ( Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,  12 sentyabr 2019-cu il tarixdə saat 13:00-da
Ağcabədi rayon Salmanbəyli  kəndində  yeni inşa edilən 432 şagird yerlik tam orta məktəb binası
istifadəyə verildi.
  Rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin və şagirdlərin iştirakı ilə
keçirilən açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva
iştirak etmişdir.
  Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  kənd sakinlərini təbrik
edərək, ölkənin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun
gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Şahin
Məmmədov təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirib, pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə,
onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi
yetişdirməyə səsləyib.
Daha sonra kənd sakinlərini salamlayan Azərbaycan Respublikası Təhsil Nazirinin müavini
Məhəbbət xanım Vəliyeva vurğulayıb  ki,son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində
Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata
keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən
əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi
formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna da nail olub.
  Milli Məclisin deputatı Tahir Rzayev tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil
müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi
inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
  Məktəbdə tarix, coğrafiya, xarici dil, Azərbaycan dili, ədəbiyyat, biologiya, riyaziyyat,
informatika, fizika, kimya, hərbi hazırlıq, əmək təlimi kabinələri, sinif otaqları, laboratoriyalar,
kitabxana, akt zalı, bufet və s. otaqlar yaradılıb. Həyətdə geniş abadlıq işləri aparılıb, idman
meydançaları inşa edilib. Təhsil ocağı ən müasir inventar və avadanlıqlarla təmin olunub.
  Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi
diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
  Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !