Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub - + FOTO=14

Vyanada Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub + FOTO=14

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti
müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən
nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Prezident İlham Əliyevin “Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu
ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə
hüdudlarından kənarda geniş qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana
şəhərində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə
keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan yubiley tədbirinə
BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Vyanada
akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri,
Avstriya ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələri, mədəniyyət və elm
xadimləri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıblar.
Yubiley mərasimi BDU tələbələrinin ifasında Azərbaycan Respublikasının dövlət
himninin səsləndirildiyi videokadrın nümayişi ilə başlanıb.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin
Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru Elçin Babayev çıxış
ediblər.
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir əsr öncə
Azərbaycan xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr
Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb, onlardan biri də Bakı Dövlət
Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi
əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış
alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən
böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən
böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Bakı Dövlət
Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz
xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolla bağlı
məsələlərə toxunub. Qeyd edib ki, bu ali təhsil ocağının inkişafı ümummilli lider
Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Bakı Dövlət Universitetini
“Azərbaycan xalqının milli sərvəti” kimi yüksək dəyərləndirib, onun məzunu kimi
universitetin regionda qabaqcıl təhsil ocağına çevrilməsi üçün çox işlər görüb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubileyin yüksək səviyyədə
qeyd olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Qonaqları universitetin 25 minlik böyük kollektivi adından salamlayan rektor ölkə
başçısı İlham Əliyevin Sərəncamına əsasən BDU-nun yubileyinin müxtəlif
səviyyələrdə, o cümlədən UNESKO-nun iqamətgahında, dünyanın bir sıra
ölkələrində qeyd edilməsinin davamı olaraq bu tədbiri Azərbaycan elmi və
təhsilinə göstərilən qayğı kimi yüksək dəyərləndirib.
Universitetin keçdiyi şərəfli yola qısa ekskurs edən Elçin Babayev vurğulayıb ki,
bu tarixi inkişaf mərhələsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu
olub. Cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22
mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan
BDU bu gün iki elmi-tədqiqat institutu, zəngin laboratoriyaları, elmi mərkəzləri,
125 kafedrası, 3 milyona yaxın kitab fondu olan böyük kitabxanası və digər
üstünlükləri ilə tanınır.
Universitetin 150 mindən artıq məzunu arasında dünya şöhrətli alimlər, siyasi
xadimlər, görkəmli şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev, Nobel
mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, görkəmli
ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayev, dünya şöhrətli riyaziyyatçı Zahid
Xəlilov, tanınmış şərqşünas alim Aida İmanquliyeva və digər onlarca məşhur sima
bu şərəfli siyahıda yer tutur.
Universitetin bu günü haqqında danışarkən Elçin Babayev dünyanın tanınmış
ictimai-siyasi xadimlərinin bu universitetin fəxri doktoru olduğunu diqqətə
çatdırıb. Qeyd edilib ki, bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və
Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun
rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri
doktorlarıdır: “Biz fəxr edirik ki, ümummilli lider Heydər Əliyev və Azərbaycan
Prezidenti İlham Əliyev də həmin siyahıdadırlar”.
Çıxışının sonunda rektor Elçin Babayev Vyanada fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya BDU-nun fəxri fərmanını
təqdim edib.
Tədbirin bədii hissəsində gənc dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə
“Xəzər virtuozları” kamera orkestri konsert proqramı təqdim edib. Konsertdə
Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər Cəmilə
Qaraçaylı (skripka), Arslan Növrəsli (tar) və Etibar Əsədlinin (fortepiano) ifaları
maraqla qarşılanıb.
Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib.
Mədəniyyət Mərkəzinin zallarında BDU-nun 100 illik fəaliyyəti haqqında tarixi və
müasir fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Qeyd edilməlidir ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bu
ilin noyabr ayında Bakı şəhərində tədbirlər silsiləsi keçiriləcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !