Aşura günü Ağcabədidə keçirilən humanitar aksiyada 84 nəfər könüllü qan verib - + FOTO=23 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Aşura günü Ağcabədidə keçirilən humanitar aksiyada 84 nəfər könüllü qan verib + FOTO=23 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Aşura günü ilə əlaqədarAğcabədi rayon mərkəzi xəstəxanasında keçirilən
qanvermə aksiyasında 84 nəfər insan qan verib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi
və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri,
dindarlar fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və
Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən
keçdikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər
xəstələrin müalicəsində istifadə olunacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !