Övladınızın özünü dəyərləndirməsi haqqında- - Təranə Məmmədovanın məsləhətləri

Övladınızın özünü dəyərləndirməsi haqqında- Təranə Məmmədovanın məsləhətləri

Övladınızın özünüdəyərləndirməsinin aşağı olduğunu düşünürsünüz? O zaman sizin üçün hazırladığımız özünüdəyərləndirmə texnikasından istifadə edərək, bunu yoxlaya bilərsiniz.

Qeyd etdiyimiz diaqnostika metodu 5-9 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

1⃣ Hazırlıq mərhələsi:

Sizə qələm və təmiz kağız lazım olacaq. 7 eyni pilləli pilləkən çəkəcəksiniz. Rəqəmləməyə ehtiyac yoxdur.

2⃣ İzah mərhələsi:

Sakit və şən abu-havada övladınıza çəkdiyiniz pilləkən şəkilini göstərərək hekayənizi danışmağa başlayın:
“Bu sehirli bir pilləkəndir. Dünyanın bütün uşaqları öz yerlərini seçərək burada dayanırlar. Bu hissədə (Yuxarıdan 1-ci pilləni göstərin, lakin nömrə qeyd etməyin) ən yaxşı uşaqlar toplaşır. Burada (2-3-cü pilləkəni göstərərək) bir az yaxşılar dayanır. Bu pilləkəndə (dördüncü pilləni göstərərək) nə pis, nə yaxşı olanlar. Burada (5-6 pilləkən) pis uşaqlar durur. Bax burada isə (7-ci pilləkəndə) ən pis uşaqlar toplaşır.

3⃣ Sual mərhələsi:

“Sən özünü hansı pillədə görürsən? Və niyə o sıranı seçdin?
Ana-ata səncə səni hansı pilləyə qoyar?”

Əgər övladınız cavab verməkdə çətinlik çəkirsə, şəkili göstərərək bir də izah etməyə çalışın. Burada əsas məqam övladınızın özünü neçənci pillədə görməsidir. Əgər ilk üçlükdə görürsə, bu narahat olmağa dəyməz deməkdir. Lakin aşağı sıraları seçirsə, bu özünüdəyərləndirməsinin də aşağı olduğunu göstərir. Belə halda siz problemi tək başınıza həll edə bilmirsinizsə, uşaq psixoloqlarından yardım almağınız məsləhət görülür. Çünki sizin üçün indi böyük problem kimi görsənməyən aşağı özünüdəyərləndirmə gələcəkdə bir sıra ciddi psixoloji problemlərə təkan verə bilər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !