QAZAX, QARADAĞ, SABUNÇU VƏ XƏTAİ RAYONU SAKİNLƏRİNİN NƏZƏRİNƏ -

QAZAX, QARADAĞ, SABUNÇU VƏ XƏTAİ RAYONU SAKİNLƏRİNİN NƏZƏRİNƏ

Sentyabrın 9-da səhər saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının
qaz təchizatı dayandırılıb. Bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.
Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun
Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək
Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər
başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə
prospekt və küçələrində qaz fasilələrlə veriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !