LƏNKƏRANDA QANVERMƏ AKSİYASI KEÇİRİLİR - + FOTO=5 ( AZpressAZ Ağaddin Babayev, Lənkəran )

LƏNKƏRANDA QANVERMƏ AKSİYASI KEÇİRİLİR + FOTO=5 ( AZpressAZ Ağaddin Babayev, Lənkəran )

Aşura günü ilə əlaqədar bu gün Lənkəranda könüllü qanvermə aksiyasına start
verilib. AZpress.AZ xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsinin və
Mərkəzi Qan Bankının Lənkəran bölməsinin dəstəyi, Lənkəran Şəhər İcra
Hakimiyyətinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə
şəhərin Böyük bazar məscidində keçirilir.
Səhər saat 9.00-dan mütəşəkkilliklə başlayan  aksiyanın məqsədi hemofiliyalı
və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olan şəxslərə kömək etməkdən
ibarətdir.
   Mərkəzi Qan Bankının Lənkəran bölməsinin tibb işçiləri tərəfindən həyata
keçirilən aksiya zamanı  götürülən qanlar laboratoriya şəraitində standartlara uyğun
yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
     Xeyriyyə tədbirinə qonşu rayonlardan da qoşulanlar olub. QMİ-nin Qazilər
Şurasının üzvü, cənub bölgəsi üzrə səlahiyyətli nümayəndə Hacı Sədi
Axundzadənin sözlərinə görə, qanvermə aksiyası sabah da davam edəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !