Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib - + FOTO=58 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib + FOTO=58 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi )

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə
Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib. Görüşdə
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası
sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli
Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov,
deputatlar Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev və
ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağcabədi şəhərinin
mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub,
önünə tər gül dəstələri qoyulub.
Olimpiya İdman Kompleksində keçirilən tədbir dövlət himninin səsləndirilməsi
ilə başlayıb. YAP siyasi şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı, Şahin Məmmədov tədbiri açaraq Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini
bildirib. Diqqətə çatdırıb ki, Ağcabədi rayonunun 136 min nəfər əhalisinin 37
min 700 nəfərini 14-29 yaşlı gənclər təşkil edir. YAP Ağcabədi rayonunun 15
min 600 nəfər üzvündən 6465 nəfəri gənclərdir. Dövlət başçısının regionların
inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində Ağcabədi rayonunda da
geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir,
rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. Ağcabədili gənclər rayonun
inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak
edirlər.
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli
Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün
sahələrdə əldə edilən uğurlardan bəhs edib. Azərbaycanın öz tarixinin ən
gözəl dövrünü yaşadığını deyən Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər
bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik,
əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün
arxayınçılıq yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan
insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt
gələcəyi üçün imkan və şarait yaradılır. Məktəblər, uşaq bağçaları,

xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan
qaldırılır.
Ə.Əhmədov qeyd edib ki, ölkəmizdə gənclər üçün hər cür həyat şərait
yaradılıb. Gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə
böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini
göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar.
Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, ölkəmizdə gənclərə
göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident
İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından
danışıb, onlara uğurlar arzulayıb.
Sonra idmançılar öz məharətlərini göstəriblər.
Tədbir konsert proqramı ilə başa çatıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !