Bir qadının "yalnız mən" deməsi - - Aynur Camal yazır...

Bir qadının "yalnız mən" deməsi - Aynur Camal yazır...

 Bir qadının "mən əxlaqlıyam, mən tərbiyəliyəm, mən əqidəliyəm, mən ləyaqətliyəm, yalnız mən əxlaqlıyam, yalnız mən tərbiyəliyəm, yalnız mən əqidəliyəm, yalnız mən ləyaqətliyəm, yalnız mən..." deməsi, sizcə, nəyin göstəricisidir? Belə deyənlər, hətta təkid edənlər barədə nə düşünürsünüz? Normal təfəkkürün məhsulu sayırsınız mı? Əminəm ki, yox. Belə demək, belə iddia etmək psixoloji problemlərin çoxluğundan qaynaqlanır. Çarəsiz xəstəlikdir, özünəvurğunluqdur, eyni zamanda özünü aşağılamaqdır. Ümumiyyətlə, qadının əxlaq məsələsi şəxsi və intim məslədir. O haqda yüksək səslə, özü də ictimai yerdə ictimai şəxs tərəfindən danışılması ikrah doğurur. Əxlaqlısansa da, bu sənin həyatın, seçimin, sənin mahiyyətindir, deyilsənsə də... Yəni barmağını başqalarının gözünə soxmaqla sənə münasibət dəyişməz, əksinə, bu yöndə komplekslərinin olması suallar yaradar. Həddən ziyadə boş və mənasız cəhddir və qadına baş ucalığı gətirməz. Hərdən bir rastıma çıxır, adam başını o qədər itirib ki, o qədər utanmazdır ki, o qədər əqidə və ləyaqətdən danışıb əqidəsizliyini və ləyaqətsizliyini ört-basdır etməyə çalışır ki, heyrətlənməyə bilmirsən! Yəni tanıyıram axı, bilirəm, görürəm, özü də rentgen kimi görürəm. Yapma. Bu qədər kompleksə girməyin nə mənası var. Siyasi mübarizədə uduzmusan, dəstək aldığın komanda tərəfindən çıxdaş edilmisən, barışmaq, köhnə statusları geri qaytarmaq cəhdlərin alınmayıb, "iqnor" olunmusan, məmur kabinetlərində axıtdığın "məsumanə" göz yaşları işə yaramayıb. Bəsdir də... Bu nə hikkədir, bu nə iddiadır, bu nə aqressiyadır??? Kimə gəldi satqın, xain, əqidəsiz damğası vurmaqla nəyi dəyişirsən?! Siyasi düşərgəni, cinahını dəyişmisən, olsun, bu da sənin seçimindir. Həyatdır. Yalnız ölülər fikirlərini dəyişmirlər! Amma daha "Müqəddəs Məryəm"lik iddiası nədir, ayıb deyil mi? Azərbaycanın eni ilə uzunu avtomobillə 6-7 saata qət olunan bir ölkədir. Hamı hamını tanıyır. Yalanlar nəyə lazım? Yalanlar kimin üzünü ağ edib? Ömür onsuz da qısadır. Çox qısa. Bü dünyada xoşbəxt olmaq da var, başqalarına yaxşılıq edib onun duygularını könül xoşluğu ilə yaşamaq da var. Çalışın xoşbəxt olun. Bir daha olmayacaq. Ömür hərəyə bir dəfə verilir. Təkrarı yoxdur. Təkrarsızdır. Adam olun. Adamlıq varsa, hər şey var. Bu qədər...

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !