Hikmət Hacıyev Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi müsabiqəsinin qalibləri ilə görüşüb - + FOTO=9

Hikmət Hacıyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb + FOTO=9

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Xaricdə magistr
təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

5 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər
Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi”
müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Prezidenti
Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyevin və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı
direktoru Fərid Cəfərovun iştirakı ilə görüş keçirilib. Görüş zamanı
ölkəmizin xarici siyasəti, turizm, nəqliyyat, ticarət sahəsində yürütdüyü
siyasətlə bağlı gənclərin suallarını cavablandıran Hikmət Hacıyev qeyd
edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası
dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən xarici siyasət
sahəsində ciddi uğurlara imza atıb: "Azərbaycan Respublikası sözün əsl
mənasında müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin
əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin
qorunması təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu
strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxistiqamətli
və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir.
H.Hacıyev əlavə edib ki, gərgin və nizamsız beynəlxalq münasibətlər
şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici

siyasət yürüdərək, heç bir dövlətin daxili işlərinə qarışmır və özünün də
daxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.” 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !