Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək -

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana
şəhərində qeyd ediləcək.
Tədbir 2019-cu il 9 sentyabr tarixində BDU və Azərbaycanın Avstriyadakı
səfiriliyin tabeliyində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş
tutacaq.
Tədbirdə universitetin 100 illik tarixini özündə dolğun şəkildə əks etdirən
video-çarx göstəriləcək, foto-sərgi təşkil olunacaq.
Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu
tədbirdə universitetin nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar
iştirak edəcək.
Qeyd edək ki, 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş
qərargahında 100 illiyi qeyd edilən Bakı Dövlət Universitetinin yubileyi ilə
bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi
nəzərdə tutulub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !